Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ayhan Dəmirçi XİN-in yubiley medalı ilə təltif edilib-FOTOLAR



Newscenter.az.5.11.2019. Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri, Azərbaycan həqiqətlərinin Avropada təbliği yönündə misilsiz fəaliyyəti olan Ayhan Dəmirçi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən "Azərbaycan xarici siyasət orqanlarının 100 illiyi Azərbaycan Respublikasının xatirə medalı" ilə təltif edilib.

Newscenter.az xəbər verir ki, medalı Ayhan Dəmirçiyə Azərbaycanın Avropa İttifaqı və Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov təqdim edib. Səfir bildirib ki, Ayhan Dəmirçinin Azərbaycan və Türk Dünyası üçün bütün xidmətlərini bir kənara qoysaq belə, Avropanın siyasi mərkəzlərindən olan bir ölkədə Qarabağ atına qoyulmuş heykəl üçün gördüyü işlər onun bu fəxri medalla təmin olunmasına belə yetərlidir.

Xosrov
Xəbəri paylaş