Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Voleybolçu qızlarımız Gürcüstanda öz qüvvələrini sınayacaqlar



Newscenter.az.5.11.2019. 23-28 noyabr 2019-cu iltarixlərində Gürcüstanın Tbilisi şəhərində Voleybol üzrə 16 yaşlı qızlar arasında Şərqi Avropa Zona l Assosiasiyasının (EEVZA) Çempionatı keçiriləcək.

Newscenter.az-a Azərbaycan Voleybol Federasiyasından bildirilib ki, çempionatda 9 ölkənin milli komandası mübarizə aparacaq. Gürcüstan, Latviya, Rusiya, Ukrayna, Belarus, Estoniya, Litva və Polşanın iştirak edəcəyi yarışda qızlarımız A qrupunda öz güclərini sınayacaqlar.

Qeyd edək ki, yarışa hazırlıq məqsədilə, məşqlər 18 nəfərlik heyətlə davam edir. Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA)Çempionatında çıxış edəcək millimizin baş məşqçisi, gənc, təcrübəli, voleybol üzrə qadınlardan ibarət milli komandanın məşqçisiEmin Əbilovtəyin olunub.
Qrup . A: Azərbaycan, Gürcüstan, Latvia, Rusiya, Ukrayna.
Qrup B: Belarus, Estoniya, Litva, Polşa.


Ehtiram
Xəbəri paylaş