Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir



Newscenter.az.6.11.2019. Çin Xalq Respublikasının Tsinqua Universiteti İctimai Sağlamlıq üzrə Beynəlxalq Magistratura (İnternational Master of Public Health) proqramına qəbul elan edir.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, “Çinin mükəmməl Gəncliyi Sxemi-Magistratura Proqramı üzrə Çin Hökümətinin Təqaüdü” (Youth of Excellence Scheme of China-Master of Chinese Government Scholarship) layihəsi çərçivəsində elan edilən təqaüd proqramı 2020-2021-ci tədris ilini əhatə edir.

Müsabiqədə iştirak etmək arzusunda olan Azərbaycan vətəndaşları 2020-ci il martın 1-dək http://gradadmission.tsinghua.edu.cn/f/login elektron ünvanı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Təqaüd proqramı barədə daha ətraflı məlumatı elan vasitəsilə əldə etmək mümkündür.

R.Mehdiyeva
Xəbəri paylaş