Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Voleybol komandamıza kim rəhbərlik edəcək?



Newscenter.az.6.11.2019. 2019-cu ilin may ayında ölkəmizə dəvət olunmuş və milli komandamızın baş məşqçisi təyin edilmiş Covanni Kaprara ilə bağlanan müqavilə sentyabr ayında Avropa Çempionatından sonra başa çatıb. Bu barədə Azərbaycan Voleybol Federasiyası tərəfindən KİV nümayəndələrinə dəfələrlə məlumat verilib.

Newscenter.az Federasiyaya istinadən xəbər verir ki, , Covanni Kaprara milli komandamızın baş məşqçisi kimi “Qızıl Avropa Liqasında”, “2020-ci ildə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində”və “Avropa Çempionatında” çıxış edib.

Yanvar ayında keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində çıxış edəcək Voleybol üzrə qadınlardan ibarət milli komandamızın baş məşqçisinin kim olacağı isə Azərbaycan Voleybol Federasiyası tərəfindən yaxın zamanda KİV vasitəsilə açıqlanacaq.

Ehtiram
Xəbəri paylaş