Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avtomobil qəzası qaz təsərrüfatına ziyan vurub



Newscenter.az.7.11.2019. Sabunçu rayonu Pirşağı qəsəbəsində 2 saylı sovxozun ərazisində avtomobil qəzası baş verib.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, Opel markalı minik avtomobili ilə toqquşan Mersedes markalı avtomobili yoldan çıxaraq qaz tənzimləyicisinə çırpılıb. Həm tənzimləyici, həm də qaz xətti ilə siyirtmə yararsız hala düşüb. Hadisəyə görə 120 abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb. Bərpa işləri görülür.

Zaur
Xəbəri paylaş