Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri beynəlxalq təlimdə iştirak ediblər



Newscenter.az.7.11.2019. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin əməkdaşları BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupu (İNSARAG) və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda "Zəlzələ hadisələrində cavabvermə tədbirləri" mövzusunda keçirilən beynəlxalq regional təlimdə iştirak ediblər.

Təşkilatın Bakı ofisindən Newscenter.az-a bildirilib ki, təlimin əsas məqsədlərinin əhalinin və ərazilərin fövqəladə hallardan qorunması sahəsində fəaliyyət planlarının dəqiqləşdirilməsi və bu sahədə təcrübə mübadiləsinin aparılması olub. Bununla yanaşı, genişmiqyaslı təbii fəlakətlərə dövlət orqanları tərəfindən çevik reaksiya verilməsi, idarəetmə və qarşılıqlı fəaliyyət tədbirlərinin həyata keçirilməsi, beynəlxalq yardımın qəbul edilməsi, beynəlxalq axtarış-xilasetmə komandalarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi üzrə tədbirlərin təlim zamanı diqqət yetirilən əsas məsələlərdən olub.

Aydan
Xəbəri paylaş