Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kaspersky” mülki dronlara qarşı sistem təqdim edir

“Kaspersky” mülki dronlara qarşı sistem təqdim edir


Newscenter.az.7.11.2019. “Kaspersky” şirkəti yeni həllini – “Kaspersky Antidrone”u təqdim edir. Yeni ixtisaslaşdırılmış proqram təminatı, pilotsuz aparata zərər vermədən müxtəlif obyektlərin, məsələn, böyük sənaye müəssisələrinin qorunan ərazilərinə, kütləvi tədbirlərə, fərdi evlərə və s. daxil olmasının qarşısını almağa imkan verir. Bu həllin özəlliyi dronun yerinin müəyyənləşdirilməsi və onun neyro şəbəkə vasitəsilə sonrakı təsnifatlaşdırılmasını təmin edən unikal texnologiyadan ibarətdir.

Newscenter.az xəbər verir ki, mülki pilotsuz uçuş aparatları bazarı sürətlə böyüyür. Qlobal dron bazarının həcmi 2018-ci ildə 14 milyard dollar səviyyəsində qiymətləndirilirdi. Bu bazarın 2024-cü ilə qədər 43 milyard dollara çatması proqnozlaşdırılır. Bir tərəfdən dronlar geniş imkanlar yaradır, məsələn, onların köməyi ilə məhsulların çatdırılmasını həyata keçirmək, şaxtaları yoxlamaq, binaların tikintisinin gedişatını izləmək, gözəl foto və video materiallar hazırlamaq mümkündür. Digər tərəfdən isə, dronların ciddi təhlükə yaratdıqları da məlumdur, məsələn, konsertlərdə kütlənin üzərinə düşməsi, yarışlar zamanı idmançılara xəsarət yetirməsi, hava limanları və sənaye obyektlərinin fəaliyyətinə təhlükə yaratması, sənaye casusluğu ilə məşğul olması, məşhurların evlərinin şəkillərinin çəkilməsi və s. “Kaspersky”nin yeni məhsulu dronların ehtiyatsız və ya zərərli istifadəsinin mənfi nəticələrinin qarşısını almağa kömək edir.

“Kaspersky Antidrone” dronların aşkar edilməsi və zərərsizləşdirilməsi üçün istifadə olunan fiziki modulların işini əlaqələndirməyə imkan verir. İlk olaraq aşkarlama modulu hərəkət edən obyekti tapır, koordinatlarını oxuyur və serverə ötürür. Sonra obyektin üzərində quraşdırılmış yüksək keyfiyyətli və hərəkətli kameralar ilə izlənilir. Neyron şəbəkəsi obyektin dron olub olmamasını müəyyən edir. Əgər uçan obyekt drondursa, həll onun idarəetmə pultu ilə əlaqəsini bloklayır və dronu başlanğıc nöqtəsinə qayıtmağa və ya operatorla əlaqənin itdiyi yerə eniş etməyə məcbur edir. “Kaspersky Antidrone” həm stasionar, həm də mobil sistemlərdə istifadə edilə bilər. Məsələn, ağıllı evlərin infrastrukturuna, kritik infrastruktur obyektlərinə inteqrasiya oluna, avtomobillərdə quraşdırıla bilər.

"Komandamızda bir çox adamın, o cümlədən mənim də dronum var və biz onlardan həm hobbi, həm də iş üçün istifadə edirik. Əminliklə deyə bilərəm ki, bəzən dronlar olduqca təhlükəlidirlər. Mən özüm də kütləvi tədbirlərdə bir sıra riskli hallara şahid olmuşam. Təəssüf ki, pilotsuz aparatın operatoru hər zaman uçuş üçün hansı zonaların qadağan olduğunu bilmir. Dron gözlənilmədən düşərsə, və ya hücuma məruz qalarsa, onun sahibinə mənfi təsir göstərə bilər. Buna görə biz, həm təhlükəsizlik tələblərini nəzərə alan, həm də drona zərər verməyən məhsul hazırlamağa qərar verdik. Bizim həllimiz tərəflərə zərər vermədən drona nəzarət etmək imkanı yaradır", - bunu “Kaspersky Antidrone” layihə meneceri Vladimir Turov bildirib.

“Kaspersky Antidrone” layihəsi “Kaspersky” şirkətinin innovasiya mərkəzinin rezidentidir. Mərkəzdə həmçinin Rusiya və dünya bazarlarında uğurla inkişaf edən “Kaspersky Anti-Cheat”, “Polys”, “Kaspersky Security Awareness” həlləri yaradılıb.

Aydan
Xəbəri paylaş