Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır



Newscenter.az.8.11.2019.
Uzun müddətdir ki, fəaliyyət göstərən ABC Tədris və İnkişaf Mərkəzi valideyn və uşaqları öz xidmətləri ilə məmnun edir. Ayrı-ayrı vaxtlarda müxtəlif bilik yarışları, maarifləndirici xarakterli layihə və görüş, seminarların təşkili bunu deməyə əsas verir ki, mərkəz yalnız uşaqlara, məktəbli və eləcə də böyüklərə tədris etdiyi müxtəlif fənlərlə yanaşı onların biliklərini genişlənməsi üçün yeniliklər də gətirir. Belə yeniliklərdən biri də mərkəzin sınaq imtahanları keçirməyə başlamasıdır.

ABC Tədris və İnkişaf Mərkəzinin rəhbəri Leyla Həsənovanın Newscenter.az-a verdiyi məlumata görə artıq bir dəfə belə bir imtahan təşkil edilib: “Oktyabrdan etibarən sınaq imtahanları keçirməyə başlamışıq. Hər ay Dövlət İmtahan Mərkəzinin qaydalarına əsasən mövzu sınaq və abituriyent imtahanlar etməyi planlayırıq. Yəni məsələn, oktyabr ayında keçirilən imtahanda həmin günə kimi keçirilən dərsləri əhatə edən suallar təşkil etmişdi. İmtahanlar əsasən bazar günləri təşkil ediləcək. Artıq ötən ayın 20-də bir imtahan təşkil etmişdik. Bu ay isə 17 və 24 noyabrda iki gün olmaqla iki hissədən ibarət imtahan təşkil olunacaq. Səbəb isə bu ay məktəbəqədər Azərbaycan və rus bölməsi, 8,9,10,11- ci siniflərə Blok və Buraxılış və rus bölməsi üzrə ibtidai siniflərin əlavə olunmasıdır. 17 noyabr tarixində 1,2,3,4,5,6,7,8 siniflərə Mövzu sınaq imtahanı, 8,9,10,11-ci siniflərə blok imtahanları keçiriləcək. 24 noyabr tarixində isə məktəbəqədərlər rus və Azərbaycan bölməsi, ibtidai rus bölməsi və 8,9,10,11-ci siniflərə Buraxılış imtahanı keçiriləcək”.

Xatırladaq ki, ABC Tədris və İnkişaf Mərkəzinin ötən ay təşkil etdiyi imtahanlarda qaliblər-ən yaxşı nəticələr göstərənlər müəyyənləşərək müxtəlif hədiyyələrlə mükafatlandırılıblar. Leyla Həsənova deyir ki, bu dəfə də uşaqlar üçün xüsusi təltiflər və hədiyyələr nəzərdə tutulur. İmtahan mərkəzin 7-ci mikrorayondakı, və 8-ci mikrorayonda yerləşən hər iki filialında keçiriləcək. Noyabrın 17-si və 24-də təşkil ediləcək bu imtahanlara yalnız mərkəzdə tədris alan və buranın xidmətlərindən yararlanan uşaq və məktəblilər deyil, eyni zamanda öz biliyini yoxlamaq istəyən digər uşaqlar da müraciət edə bilərlər. Onu da deyək ki, Buraxılış imtahanları dinləmə mətni ilə təşkil ediləcək.

Aydan
Xəbəri paylaş