Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib



Newscenter.az.8.11.2019. Gənclər və İdman Naziri Azad Rəhimov Mingəçevir, Ağdaş, Ağsu, Göyçay şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Newscenter.az-a verdiyi məlumata görə, Göyçayda keçirilmiş qəbulda 15 nəfər vətəndaş iştirak edib.

Müraciətlərə “Gənclər evi”nin və müxtəlif idman qurğusunun tikintisi və təmiri, qurğulara idman avadanlıqlarının verilməsi, yerlərdə təlim-məşq toplanışlarının keçirilməsi üçün dəstək göstərilməsi, idman klubunun yaradılması və fəxri adların, məşqçilik dərəcələrinin verilməsi daxil olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib, nazirliyin səlahiyyətlərinə aid olmayanların isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilib. Müraciətlərin bir qismi isə baxılması üçün icraya yönəldirilib.

Ehtiram
Xəbəri paylaş