Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək



Newscenter.az.8.11.2019. Noyabrın 22-də Energetika naziri Pərviz Şahbazov Yevlax şəhərində vətəndaşları qəbul edəcək.

Newscenter.az-a nazirlikdən bildirilib ki, qəbul saat 11:00-da Yevlax şəhər Heydər Əliyev Mərkəzində(ünvan:Nizami prospekti 61) keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Mingəçevirşəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 11:00-da Mingəçevir şəhərHeydər Əliyev Mərkəzində (ünvan: 20 yanvar küçəsi 172) keçiriləcək. Nazir müavini Elnur Soltanov isə Bərdə şəhərində Bərdə və Tərtər rayonlarınınsakinlərini qəbul edəcək. Qəbul saat 11:00-da Bərdə rayon Heydər Əliyev Mərkəzində (ünvan:Heydər Əliyev prospekti 97)başlayacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Yevlaxfilialı (əlaqələndirici şəxs Səbuhi Mürsəlov,əlaqə telefonu: (050)287-21-21,elektron poçt ünvanı:[email protected])vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.azinternet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Zaur
Xəbəri paylaş