Impera

XƏBƏR LENTİ
17:13Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib16:45Prezident "Azərsu"ya 5 milyon manat ayırdı16:32İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib16:17Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir15:36Dövlət Komitəsində görüş keçirilib15:10Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb14:45Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO14:30Pərvin Kərimzadə: "Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir"14:13Sabah hava necə olacaq?13:56Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək13:27Bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır13:20“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsi keçiriləcək13:11“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib13:00Qida məhsullarının idxalının elektronlaşmasına start verildi12:51Azərbaycanla Rusiya arasında gəncləri sahəsində saziş imzalanacaq12:40Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib12:22Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub11:45Tirrell Hatton“Türk Hava Yolları Açıq Qolf Turniri”nin qalibi oldu11:35496 əcnəbi barədə ölkəni tərk etmə qərarı çıxarılıb11:17BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib11:02Keçən ay Miqrasiya Xidmətinə 49924 müraciət daxil olub10:55Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi keçirilir10:36İki rayon üzrə məktəb seminarları keçirilib10:12Bakı metrosunda qatarların hərəkəti ləngiyib09:32Düşmən atəşkəs rejimini 22 dəfə pozub09:00AVP Avropalı Gürcüstan Partiyası ilə əməkdaşlıq edəcək20:12Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR19:48İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi19:22Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO18:51Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir17:55Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb17:37Çexiyada “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib16:52Prezident bu rayon üçün 19,4 milyon manat ayırdı16:39Metropolitençilər peşə bayramlarını qeyd ediblər “Fəxri metropolitençi” və “İlin maşinisti” mükafatlarının laureatları elan edilib16:16“Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib16:00Fizuli Məmmədov: "İnanıram ki, tezliklə respublikamızın ərazi bütövlüyü bərpa ediləcək və üçrəngli Azərbaycan bayrağı bu gün Ermənistanın işğalı altında olan Azərbaycanın şəhər və kəndləri üzərində dalğalanacaq"15:50Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin edilir15:33Paytaxt məktəblərində Dövlət Bayrağı Günü qeyd edilib15:15“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edəcək14:50Energetika Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək14:37ABC Tədris və İnkişaf Mərkəzi sınaq imtahanlarının təşkilinə başlayır14:12Azad Rəhimov Göyçayda vətəndaşları qəbul edib13:50Metropolitençilər Heydər Əliyevin məzarını ziyarət edib13:19Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq12:44Müəllim və valideynlər qəbul edilib12:23Yanvarın 1-dən 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağan olunacaq12:00Nəsiminin 650 illik yubiley tədbiri keçirilib11:45Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verilib11:30“Türk Hava Yolları” Çinin Sian şəhərini uçuş xəritəsinə əlavə etdi11:06İrandan gələn yük maşınında külli miqdarda narkotik vasitə və psixotropa maddələr aşkarlanıb10:56“ASAN xidmət” mərkəzləri noyabrın 9-da işləməyəcək10:50“Kiçik Akademiya”nın 5 illiyi qeyd olunub10:31İlin sonuna qədər paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək10:00Prezident "Facebook"da Bayraq Günü münasibətilə paylaşım edib - VİDEO09:14Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub19:47RAİ rəhbərliyi “Yeni Müsavat” qəzetini ziyarət edib-FOTOLAR19:08Avtomobil qəzası qaz təsərrüfatına ziyan vurub18:00Prezident Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb17:31Bu yolda rənglənmə işləri aparılacaq16:24Nazir Vilayət Eyvazov İran səfirini qəbul edib16:10“Kaspersky” mülki dronlara qarşı sistem təqdim edir16:00AQTA qida sahəsində çalışan sahibkarlara müraciət etdi15:34Ermənistan İŞİD terrorçularından Azərbaycana qarşı istifadə edəcək15:02ABŞ-da ADAU və Oklahoma Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb14:45BMqT-nin Azərbaycan nümayəndəliyinin təmsilçiləri beynəlxalq təlimdə iştirak ediblər14:08Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti II Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir13:59Deputat məhkəməyə verildi13:28Süd və süd məhsulları autizmli uşaqlara necə təsir edir?13:05Azərbaycan-Türkiyə 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb13:00Yeni ailə quran gənclərə Bayraq hədiyyə ediləcək12:41Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Bakıya gəlib-FOTOLAR12:07Avtomobil qaz xəttinə çırpılaraq yanıb11:48Dieqo və Frida “Gənclik” stansiyasında11:30Oktyabr ayında “Sağlam məktəbli” layihəsi çərçivəsində 27 ümumtəhsil müəssisəsində görüş keçirilib11:24Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub11:13Fransa ilə hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib11:00Baş Təhsil İdarəsi təhsil müzakirələri keçirir10:41Prezident Musa Yaquba mənzil hədiyyə edib10:33Aparılan islahatlar dəmir yolunda sürəti artıracaq10:05Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib09:26Düşmən atəşkəs rejimini 23 dəfə pozub09:00839 fərdi evə qaz verilib16:48Çin Xalq Respublikası 2020-2021-ci tədris ili üçün təqaüd proqramı elan edir16:25Voleybol komandamıza kim rəhbərlik edəcək?15:55Sahibkarlar və özünüməşğulluq proqramına qoşulmuş fermerlər KOBİA-nın onlayn maarifləndirmə tədbirindən yararlanıblar15:20BŞİH Müsavat Partiyasının mitinqlə bağlı müraciətini cavablandırıb14:50Metronun "Gənclik" stansiyasında sərgi təşkil olunacaq14:22Bu toplantı müxalif düşərgədə mənəvi dəyərlərin heçə sayılmasının əyani nümayişi idi13:51Kənd təsərrüfatı sahəsində Azərbaycan-ABŞ əməkdaşlığı Vaşinqtonda müzakirə olunub13:09Sabah hava necə olacaq?12:47Daşıyıcılar sürücüləri qanunvericilikdə nəzərdə tutulmuş normadan 2 dəfə artıq işlədirlər12:24“Araz” supermarketlərində iylənmiş toyuq satılır12:09AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlərə başlayır11:45Bakıda avtomobildə erməni mahnısı səsləndirərək sosial şəbəkələrdə yayan şəxs saxlanılıb11:23Müdafiə naziri Litva səfiri ilə görüşüb10:34Daha 3 məktəbli qızıl medal qazanıb10:00Mingəçevir şəhərində vətəndaşlar qəbul ediləcək09:24Ermənilər atəşkəs rejimini 24 dəfə pozub09:00Bakıda hərbi tibb mütəxəssislərinin işçi görüşü keçirilib22:57Multikulturalizmin Azərbaycan modeli
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (221)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir

08 Noyabr 2019, 18:51   


Newscenter.az.8.11.2019. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin Amerika Birləşmiş Ştatlarına səfəri davam edir.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, noyabrın 6-da Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimov Oklahoma ştatının kənd təsərrüfatı katibi xanım Bleyn Arturla görüşüb.

Görüşdə Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompson, briqada generalı Brent Rayt, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan missiyasının rəhbəri Cey Sinkhin də iştirak ediblər.

Nazir Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyini bildirib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən aqrar islahatlar, kənd təsərrüfatı fəaliyyətinin vergidən azad edilməsi, kənd təsərrüfatı texnikası və damazlıq heyvan satışı bazarının liberallaşdırılması xarici şirkətlər, o cümlədən Oklahoma ştarının aqrar sahədə ixtisaslaşmış şirkətləri üçün geniş investisiya imkanları yaradır.

Azərbaycan nümayəndə heyətini qəbul etməkdən məmnunluğunu dilə gətirən xanım Bleyn Artur ştatda kənd təsərrüfatının əsasən heyvandarlıq istiqaməti üzrə ixtisaslaşdığını bildirib. Oklahomanın ölkədə buğda istehsalına görə birinci, mal əti istehsalına görə isə ikinci yerdə olduğunu deyən kənd təsərrüfatı katibi bildirib ki, forumda Azərbaycan və Oklahoma şirkətlərinin heyvandarlıq və bitkiçilik üzrə əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün gözəl imkanlar yaranacaq.

Həmin gün Azərbaycan nümayəndə heyətinin şərəfinə təşkil olunan qəbulda Oklahoma şəhər meri Devid Holt və Oklahoma Milli Qvardiyasının komandanı, general-mayor Maykl Tompson çıxış edərək, ştatın müxtəlif ölkələrlə əməkdaşlıq istiqamətləri barədə məlumat veriblər. Natiqlər qeyd ediblər ki, Oklahoma ştatı və Azərbaycan Respublikası 2003-cü ildən etibarən ABŞ-ın Dövlət Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində kənd təsərrüfatı sahəsində əlaqələri inkişaf etdirmək üçün gözəl zəmin yaranıb. Çıxış edənlər fəaliyyətə başlayacaq Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumunun aqrar sahədə qarşılıqlı əməkdaşlıq imkanlarını araşdırmaq üçün gözəl platforma rolunu oynayacağını bildiriblər.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Oklahoma ştatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinə baş çəkiblər. Oklahoma Dövlət Universitetinin Qida və Kənd Təsərrüfatı Məhsulları Mərkəzində nümayəndə heyətinə aqrar məhsulların müasir texnologiyaların tətbiqi ilə becərilməsi üsulları barədə məlumat verilib. Heyət üzvləri ştat ərazisində fəaliyyət göstərən Süni Mayalanma Mərkəzinin, süd emalı üzrə ixtisaslaşmış “Dairy Freestall Barn” fermasının fəaliyyəti ilə də tanış olublar.

Nümayəndə heyəti, həmçinin Oklahoma ştatının iribuynuzlu heyvanların ən məhşur satış auksionu hesab olunan “Oklahoma National Stockyards”ın fəaliyyəti ilə tanış olublar. Burada heyvandarlıq sahəsinə aid qanunvericilik, ABŞ bazarında mal ətinə olan tələbat, ştatın yürütdüyü qida siyasəti, heyvan xəstəliklərinə qarşı mübarizə mexanizmlərı barədə geniş məlumat verilib.

Səfər çərçivəsində nümayəndə heyəti “Payne Cattle Company” və “Growing Paynes Garden” şirkətlərinin suvarma və otlaq torpağlarının idarə olunması avadanlıqları, qış mövsümündə çiyələk yetişdirilməsi üsulları ilə tanış olublar.

Günün sonunda Oklahoma Tarix Mərkəzində ştatın Ticarət Departamenti tərəfindən Azərbaycan nümayəndə heyətinin şərəfinə qəbul təşkil olunub. Tədbirdə çıxış edən nazir İnam Kərimov Oklahoma ştatının rəhbərliyinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirib. O qeyd edib ki, Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu Azərbaycanla ştat arasında mövcud əlaqələri və strateji əməkdaşlığı daha da möhkəmləndirəcək.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov və ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri Oklahoma ştatı ilə uzun illərdir davam edən əməkdaşlığın mövcud potensiala uyğun olaraq daha da inkişaf etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.

Qəbulda Oklahoma ştatının rəhbərliyi, ştat Milli Qvardiyasının komandanlığı, amerikalı konqresmen Kevin Hern və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu gün Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu öz işinə başlayır. Forumda heyvandarlığın inkişafı, orta və iri fermer təsərrüfatlarının idarə olunması, dənli və dənli-paxlalı bitkilərin müasir üsullarla becərilməsi məsələləri müzakirə olunacaq.

Forum Oklahoma Kənd Təsərrüfatı, Qida və Meşə Təsərrüfatı Departamenti, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyi və Amerikanın Azərbaycandakı Ticarət Palatası ilə tərəfdaşlıq çərçivəsində Birləşmiş Ştatlar-Azərbaycan Ticarət Palatası (USACC), Oklahoma Ticarət Departamenti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycandakı missiyası ilə birgə təşkil edilib.

Orxan
OXŞAR MÖVZULAR