Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlin sonuna qədər paytaxtın mərkəzindəki bütün yaşayış binaları genişzolaqlı xidmətlərlə təmin ediləcək



Newscenter.az.8.11.2019. İlin sonunadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) "Evədək optika" layihəsi çərçivəsində paytaxtın mərkəzindəki bütün yaşayış binalarını genişzolaqlı xidmətlərlə təmin edəcək.

Newscenter.az nazirliyə istinadən xəbər verir ki, hazırda Bakı şəhəri üzrə 60 minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib. Paytaxtın Yasamal, Xətai, Nizami, Qaradağ və Suraxanı rayonlarında rekonstruksiya işləri aparılır.

Qeyd edək ki, "Evədək optika" layihəsi "GPON (Gigabit Passive Optical Network)" texnologiyası əsasında tətbiq edilir. Texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadə imkanı verir. Bu baxımdan "Baktelecom" abunəçilərin texnologiyanın üstünlüklərindən yararlanmasına və sərfəli şərtlərlə yeni "1 xətt 3 xidmət" paketinə qoşulmasına imkan yaradır.

Zaur
Xəbəri paylaş