Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Metropolitençilər Heydər Əliyevin məzarını ziyarət edib



Newscenter.az.8.11.2019. Bu il Bakı metropoliteninin açılmasının 52-ci ildönümü tamam oldu. Metropoliten yarandığı gündən paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına göstərdiyi xidmət mədəniyyətinin səviyyə yüksəkliyini bu gün də saxlamaqda və inkişaf etdirməkdədir. Metropolitençilərin fədakar əməyi həmişə dövlət tərəfindən layiqincə qiymətləndirilib.

Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli fərmanı ilə noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi təsdiq olunub. Metropoliten üçün əlamətdar sayılan bu tarix bu il də qeyd edilir. Bu münasibətlə “Bakı Metropoliteni” QSC-nin kollektivi Fəxri xiyabanda Ümummilli lider, müasir Azərbaycan dövlətinin memarı, metropolitenin inkişaf tarixində əvəzsiz xidmətləri olan Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, onun məzarı önünə əklil və gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzülüb. Onu da qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Rusiyada fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun da iştirakı ilə “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin metro vaqonlarının istehsalı zavodunda Heydər Əliyevin xatirə lövhəsinin açılması dahi liderin bu müəssisə qarşısında tarixi xidmətlərinə xüsusi ehtiramın təzahürüdür Metropolitençilər Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini də ehtiramla yad ediblər, həmçinin “20 Yanvar” faciəsinin metropolitençi şəhidləri İlqar Qarayev və Əflatun Kazımovun məzarları önünə güllər düzüblər.


Anar
Xəbəri paylaş