Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR



Newscenter.az.9.11.2019. Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar olaraq ölkənin Birinici vitse-prezidenti Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi təşəbbüsünə regionlardan da dəstək verilir.

Newscenter.az xəbər verir ki, ötən gün Qusar rayonunun Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbi də Mehriban xanım Əliyevanın təşəbbüsünə dəstək xarakterli aksiya həyata keçirib. Belə ki, məktəbin kollektivi təhsil ocağının direktoru Babacan Zəkiyevin rəhbərliyi ilə məktəbin həyətində yaşıllaşdırma aksiyası keçiirib. Aksiya çərçivəsində məıktəbin direktoru Babacan Zəkiyev və təhsil müəssisəsinin müəllim-şagird kollektivi yüzlərlə ağac əkib.

Qeyd edək ki, Qusar rayonunun Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və AXC-nin 100 illlik yubileyi ərəfəsində də ağacəkmə aksiyası həyata keçiriib.
Xəbəri paylaş