Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO



Newscenter.az.9.11.2019. Dövlət Bayraq Günü respublikamızın bir sıra şəhər və rayonlarında olduğu kimi Xırdalan şəhərində də təntənə ilə, bayram tədbirlərilə qeyd edilib.

"Newscenter.az" xəbər verir ki, Dövlət Bayraq Günü münasibətilə Xırdalan şəhər 10 nömrəli tam orta məktəbin şagirdləri "Bayraqların rəqsı" kompozisiyası hazırlayıblar.

Milli geyimli məktəblilərin gözəl, ahəngdar rəqsi hər kəsdə maraq doğurub. Üzərində qədim dövrlərdə, o cümlədən orta əsrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlət və xanlıqların adları olan milli geyimlərdə rəqs edən məktəblilər tarixi bayraqları başları üzərində ucaldaraq müstəqilliyimizin rəmzi olan simvola sonsuz sevgi, hörmət və ehtiramlarını nümayiş etidirblər.

Xırdalan 10 saylı məktəbin müəllimləri habelə Dövlət Bayraq Günü münasibətilə şagirdlər arasında maarifləndirmə, təbliğat işi aparıblar.

Anar Tagiyev

Xəbəri paylaş