Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək



Newscenter.az.13.11.2019. Noyabrın 14-15-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, Gənclərlə iş üzrə Şura "Müstəqil Dövlətlər Birliyinin (MDB) üzv dövlətlərinin Gənclərlə iş sahəsində əməkdaşlığına dair" 25.10.2005-ci il tarixli Sazişin icrası məqsədilə yaradılıb. Şura üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarətdir. Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.

İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Şuraya üzv olan nümayəndələri və ekspertləri iştirak edəcəklər. İclas çərçivəsində MDB üzv dövlətlərində həyata keçirilən dövlət gənclər siyasəti, “MDB ölkələrinin gənclərlə iş sahəsində beynəlxalq əməkdaşlıq strategiyası”nın 2018-2020-ci illər üzrə Tədbirlər Planı, “MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsi, MDB Gənclər paytaxtının seçilməsinin əsasnaməsi və sair mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılıb. Ümumilikdə 14 məsələnin müzakirəsi və qərarların qəbulu nəzərdə tutulub.

Şura iclası ilə yanaşı, 14 noyabr tarixində “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanacaq. Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə gənclər siyasəti sahəsində Sazişin imzalanması ilk dəfə baş tutacaq. Azərbaycan tərəfindən Gənclər və İdman naziri Azad Rəhimov, Rusiya tərəfindən isə Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskaya sənədi imzalayacaqlar.

Ehtiram
Xəbəri paylaş