Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tirrell Hatton“Türk Hava Yolları Açıq Qolf Turniri”nin qalibi oldu



Newscenter.az.13.11.2019. 2019-cu il “Türk Hava Yolları Açıq Qolf Turniri”nin rekord sayda – 6 idmançının iştirakı ilə keçən“playoff”unun qalibi dördüncü dəlikdə qələbəni təmin edən ingilis qolf ustası Tirrell Hatton oldu. “Monqomeri Maks Royal” otelində baş tutan yarış peşəkar qolf tarixində ilk dəfə olaraq projektor işıqları altında keçirildi.

Newscenter.az xəbər verir ki, hattonun mükafatlandırılma mərasimində Türkiyənin Xarici İşlər Naziri Mövlud Cavuşoğlu, Antalyanın meri Münir Qaraloğlu, Türkiyə Qolf Federasiyasının Prezidenti cənab Əhməd Ağaoğlu, Antalya Böyük Şəhər Bələdiyyəsinin Sədri cənab Muhittin Böcək və “Türk Hava YollarıAçıq Qolf Turniri”nin Direktoru cənab Migel Viador iştirak etdilər.

Avstriyalı idmançı Mattias Şvab70 xal toplayaraq -20 göstərici ilə amerikalı Kurt Kitayama, CAR nümayəndəsi Erik van Ruyen, Hatton və fransız idmançılar Bencamin Herber və Viktor Perezlə birgə pleyof mərhələsinə keçdi. Bununla da qolf həvəskarları Avropa Turu tarixində üçüncü dəfə olaraq altı nəfərlik pleyof mübarizəsinə şahid oldular.

2019-cu il “Türk Hava Yolları Açıq Qolf Turniri”nin final mərhələsi haqqında danışan “Türk Hava Yolları” İdarə Heyəti və İcraiyyə Komitəsinin Sədri cənab İlkər Ayçı turnirin qalibi Tirrell Hattonu təbrik edərək onu layiqli qalib adlandırdı.

“Biz Antalyada böyük istedadların toplaşdığı daha bir yarışa şahid olduq və Tirrellin performansı ona projektor işıqları altında keçirilın tarixi “playoff”da layiqli qələbə qazandırdı. Dünya qolfunda çox önəmli yarışlardan birinə çevrilmiş “Türk Hava Yolları”“Açıq Qolf Turniri” hər keçən il daha da böyüməyə davam edir.”

Qolf idmanı Türk Hava Yollarının idman və mədəniyyəti təbliğində mühüm rol oynayır. Dünyada ən çox beynəlxalq məntəqəyə uçan hava yolları sərnişinlərin qolf çubuqlarını ödənişsiz daşımaqdan tutmuş Türk Hava Yolları Dünya Qolf Çempionatı və Türk Hava Yolları Yarışı kimi həvəskar turnirlərin təşkilinədək hər səviyyədə bu idmanı dəstəkləyir.

Aydan
Xəbəri paylaş