Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Goranboyun daha bir kəndinə qaz verilib



Newscenter.az.14.11.2019. Bu gün Goranboy rayonunun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə qaz verilib.

Bu barədə Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, kənddə qazlaşma işlərinin aparılması üçün, ümumilikdə, 4 354 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, 54 ədəd fərdi yaşayış evinə sayğac quraşdırılıb.

Zaur
Xəbəri paylaş