Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib



Newscenter.az.14.11.2019. Heydər Əliyev Mərkəzində "İnnoFest – İnnovasiya Festivalı" çərçivəsindəkeçirilən “III Robot Olimpiadası”nın qalibləri Macarıstanın Gyor şəhərində “Dünya Robot Olimpiadası”nda ölkəmizi təmsil edib.

Newscenter.az xəbər verir ki, 73 ölkədən 450 komandanın iştırak etdiyi turnirəBakı Modern Təhsil Kompleksi13-15 yaşüzrə Azərbaycan Regular junior kateqoriyası, Xəzər Universiteti 16-19 yaş üzrə Regular Senior kateqoriyası və Bakı Ali Neft Məktəbi 16-19 yaş üzrə Open Senior kateqoriyasından ibarət 3 komanda ilə qoşulub.

Bakı Modern Təhsil Kompleksi 96 komanda arasında 76-cı yerə, Xəzər Universiteti 83 komanda arasında 33-cü yerə və Bakı Ali Neft Məktəbi 34 komanda arasında 15-ci yerə layiq görülüb.

Məlumat üçün bildirək ki, Azərbaycan 2017-ci ildə Dünya Robot Olimpiadası Assosiasiyasının həqiqi üzvü seçilib. Yeniyetmə və gəncləri əhatə edən və dünyanın ən böyük robototexnika yarışması olan “Dünya Robot Olimpiadası” 2004-cü ildən etibarən hər il müxtəlif mövzular üzrə fərqli ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda keçirilən bu olimpiadada 12 ölkə iştirak edib, hazırda bu say 70-i keçib.

Anar
Xəbəri paylaş