Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Voleybolçu qəzlar arasında birinciliyə start verilib



Newscenter.az.14.11.2019. Azərbaycan Voleybol Federasiyasının İdman zalında 2006-2007 təvəllüdlü qızlar arasında Bakı birinciliyinə start verilib.

Federasiyadan Newscenter.az-a bildirilib ki, Bakı İdman İdarəsi və Azərbaycan Voleybol Federasiyasının birgə keçirdiyi yarışda 6 komanda (UGİM, Xətai, Azərreyl 1, Azərreyl 2, Abşeron, Azəri) iştirak edib. Birincilik dairəvi sistem üzrə keçirilir. Yarışın ilk günündə Azərreyl 1 komandası Azərreyl 2-ni, Azəri komandası isə Xətaini 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ən çox xal qazanan komanda Bakı birincisi olacaq.

Ehtiram
Xəbəri paylaş