Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Sirab"a qarşı kampaniyanın arxasında kimlər durur?

"Sirab"a qarşı kampaniyanın arxasında kimlər durur?


Newscenter.az.17.11.2019. Almaniya polisinin qeyri-qanuni miqrantlara qarşı başlamış olduğu əməliyyat Azərbaycanda da yan keçmədi. Müxtəlif illərdə ayrı-ayrı adlar altında Avropaya, Almaniyanın özünə pənah aparmış soydaşlarımızın burada qeyri-qanuni olaraq, saxta sənədlərlə yaşadığı üzə çıxdı və onların ölkəmizə deportasiyasına start verildi.

Newscenter.az xəbər verir ki, Almaniyada qeyri-qanuni miqrantlara qarşı başlayan əməliyyat təkcə siyasi deyil, eləcə də iş dünyasına da təsir göstərib. Belə ki, bəzi maraqlı dairələr tərəfindən qeyri-qanuni mühacir biznesində "Sirab" ASC-nin də hallandırıb. Belə ki, Almaniyaya qeyri-qanuni mühacir aparılmasında sözügedən şirkətin təsisçisinin də olduğu bildirilib. Hətta hənin şəxsin Müsavat Partiyasının təmsilçisi olduğu da "üzə çıxıb". Baxmayaraq ki, Müsavat Partiyasının rəhbərliyi "Sirab" ASC ilə əlaqəsi olduğu iddia edilən Mehdi Xəlilbəyli və digərlərinin "Sirab"la bağlılığı olduğunu inkar edir, ancaq hələ də bəzi tərəddüdlər qalmaqdadır. Əslində məntiqi yanaşmadır ki, müvafiq orqanlar tərəfindən axtarışda olan bir şəxs, xüsusilə də Müsavat Partiyasının üzvü necə "Sirab" ASC-nin rəsmisi ola bilər.

Saytımızın əldə etdiyi məlumata görə, "Sirab" ASC-yə qarşı başlanan kampaniyada bu şirkəti özünə rəqib görənlər xüsusilə fəaldırlar. Belə ki, son vaxtlar dünya bazarlarında "Sirab" sularına olan tələbatın artması onun istehsalı və ixracı prosesini sürətləndirib ki, bu da "Sirab" ASC-yə rəqib olan digər mineral sular istehsalı ilə məşğul olan şirkətləri qane etmir, onların daxili və xarici bazardan sıxışdırılıb çıxarılmasına gətirib çıxarır. Ona görə də Almaniya olayı və həmin olayda dəqiqləşdirilməyən bir informasiyanın yayılması "Sirab" ASC-yə qarşı hücumların artmasına gətirib çıxarıb.


P.S. Mövzunu davam etdirəcəyik. "Sirab" ASC-yə qarşı kampaniya aparan şirkətlər və onların məsələyə olan mövqeyini də dərc etməyə hazırıq.

Xosrov
Xəbəri paylaş