Impera

XƏBƏR LENTİ
14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir14:00“Kaspersky” dünya üzrə hotellərdən fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb13:40Sabah hava yağmursuz olacaq13:08“Biz bunu bacararıq” adlı maarifləndirici tədbir keçirilib12:58Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib12:45Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər12:30Aqrar xidmətlərin elektronlaşdırılması bu xidmətləri fermerlər üçün daha əlçatan edir12:10Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib11:50Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirəcək11:38Məktəb direktorları üçün seminar-treninq keçirilib11:12Yevlaxda Nəsiminin 650 illik yubileyi münasibətilə agacəkmə aksiyası keçirilib10:50Dünya Bankının nümayəndə heyəti ilə müzakirələr aparılıb10:30Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb10:15Müdafiə naziri Qətərin yeni təyin olunmuş səfiri ilə görüşüb09:50Daha bir marşrut xəttinin hərəkət trayektoriyası sakinlərin müraciəti əsasında dəyişdirildi09:31Atəşkəs rejimi 23 dəfə pozulub09:00M5 magistralının Xaldan-Şəki hissəsi və Şəki şəhərinin giriş yolu yenidən qurulur21:48İqbal Məmmədovla bağlı daha bir qalmaqal-Ölmüş quş və yararsız yumurtalar-ŞOK20:41Daxili orqanında 142 ədəd metadon həbləri aşkar edildi19:36Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb19:19Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub19:06Nazir Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb18:58Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib18:55Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir18:21Prezident İlham Əliyev Şamaxıda səfərdədir18:15Bu küçədə hərəkət məhdudlaşdırılır18:09Antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarlandı.16:45Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb16:30Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib16:17Şəmkirdə 342 fərdi yaşayış evinə qaz verilib16:00"Azəriqaz" rəhbərliyi cəbhə zonasında vətəndaşları qəbul edib15:43“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb15:10Su Təsərrüfatı işçiləri 1500-dən çox ağac əkiblər14:57BMU könüllüləri mükafatlandırılıb14:28“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib14:16“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir14:05Gənc Sahibkarlar Forumu keçiriləcək13:50Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib13:42Paytaxt məktəbinin müəllimi dünya çempionu olub13:17Sabahın hava proqnozu açıqlanıb13:00İşağlçı ölkə üçün gələn il limitin bitməsidir12:43Bu müntəzəm marşrut xətləri müsabiqəyə çıxarıldı12:22Daha üç rayonda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirici tədbirlər keçirilib12:08Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də11:46Müsabiqənin finalçıları bəlli olub11:30Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib10:57İstilik energetikası mühəndisliyi üzrə 13-cü beynəlxalq konfrans keçiriləcək10:45Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulub10:20Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO10:14Düşmən mövqelərimizi iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutub10:0546 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib09:00Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib - VİDEO19:16“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi - 90 SJ 100 -19:00Hərbi qulluqçumuz hospitala təxliyə edilərkən yolda keçinib18:47“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib18:18Paytaxtda "Azəriqaz" adından dələduzluq edilir17:54Azərbaycanda ilk dəfə iki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb17:27Nazir Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib17:18Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib16:50Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib16:37Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib16:29Məktəblilərə süd paylanılmasına başlanılıb16:17Müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb16:07Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub16:00Bakutel-2019 sərgisində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunu
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (189)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Türkiyə mətbuatı Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətindən yazdı

19 Noyabr 2019, 09:34   


Newscenter.az.19.11.2019. Türkiyənin nüfuzlu "Türkiye" qəzetində jurnalist Yücel Koçun qələmə aldığı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında "Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı" ("Kardeş ülkede neler oluyor? Mihriban Aliyeva ile Azerbaycan’da değişim rüzgârı") adlı geniş məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətdən yüksələn səslərə biganə qalmadı. Birinci vitse-prezident vəzifəsinə Mehriban Əliyevanın gətirilməsi ilə dəyişikliyin düyməsinə basıldı. Ölkədəki köhnə vərdişlər bir tərəfə qoyulur və tamamilə başqa siyasət aparılır.

Müəllif yazır: "Sənəti, mədəniyyəti, mənəvi kodları, dərin tarixi və ədəbiyyat bazası ilə Azərbaycan Qafqazın göz bəbəyidir.Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilən, saysız-hesabsız sınaqlardan çıxan və bütün itkilərə baxmayaraq, sistemini, dövlət ənənəsini nizama salmağı bacaran bir ölkədir. Azərbaycan erməni lobbisi və dünyadakı dəstəkçilərinin gücünə baxmayaraq, torpaqlarındakı işğalı dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi layihələrə imza atıb.Dövlət başçısı İlham Əliyevin siyasi iradəsi, mövqeyi və duruşu bu məsələdə Azərbaycanı addım-addım uğura aparır”.

Müəllif qeyd edib ki, Gürcüstan, Ermənistan və Ukrayna nümunələrinə baxsaq, Rusiya ilə ciddi qarşıdurma yaşayan qüvvələrin ətrafdakı ölkələri alətə çevirdiyinə və çevirəcəyinə diqqət yetirsək, Azərbaycanın hazırkı siyasi addımlarının mənasını təhlil etmək daha asan olacaq.

“İran və Rusiya ilə qonşu olması səbəbindən də Azərbaycanın mövqeyi və rolu fərqli prizmalarda şərh olunmalıdır. İran əhalisinin böyük bir hissəsinin Azərbaycan türklərindən ibarət olması isə İranın Azərbaycanın siyasi həyatına necə sirayət etmək cəhdlərini göstərir.Neft yataqlarının Azərbaycanı böyük şahmat oyunlarının mərkəzi halına gətirməsi də Azərbaycanın bu vəziyyətdə özünü necə qoruya bildiyini dərk etməniz üçün ciddi ipucları verməkdədir. Bu vəziyyət Prezident İlham Əliyevin balanslı siyasətinin necə dizayn edildiyinin də göstəricisidir” – deyə, məqalədə qeyd olunur.

Koç məqaləsində onu da əlavə edib ki, unutmamaq lazımdır ki, Azərbaycan kimi əvvəlki siyasi durumu ilə hesablaşaraq, yeni siyasi formanı mənimsəmək ərəfəsində olan bütün dövlətlər üçün bu keçid dövrü uzun və məşəqqətli olur.

Daha sonra məqalədə vurğulanır ki, Azərbaycan iqtisadi cəhətdən gücləndi, dəyişikliyin davamlı hala gətirilməsi üçün Prezident Əliyevin ciddi həmlələri gündəmdədir: ”Prezident Əliyev ictimaiyyətin necə bir dəyişiklik istəməsinə sözün həqiqi mənasında qulaq asmaq siyasətini genişləndirməyə başladı. Lideri və ya Dövlət başçısını ayaqda saxlayacaq tək şeyin öz xalqı ilə müttəfiq olmaq olduğunu bilir. Sosial media və bütün medianı, xalqdan gələn səsləri və hətta ən ucdakı marginal səsləri belə eşitməyin, bu səslərə qulaq asmağın və meydana çıxan çatışmazlıqlardan istifadə etməyə çalışan güclərin əlindən alınmasının lazım olduğunu görə bilmək bir siyasətçi və Dövlət başçısı üçün böyük bacarıqdır”.

Koç əlavə edib ki, uzun illər ölkənin idarəçiliyində olmuş, yaşları xeyli irəliləmiş şəxslər xalqda ciddi etiraza səbəb olurdu. “Yeni nəslə qapı açmaq, günümüzün dəyərləri içərisində öz milli dəyər və kimliyini qorumaq refleksini möhkəmləndirmək olduqca vacibdir. Bunu xüsusilə Birinci vitse-prezidentlik vəzifəsinə təyin olunan Mehriban Əliyevanın müəyyənləşdirdyi yol və metod daha da irəliyə apardı” - deyə, məqalədə qeyd olunur.

Müəllif onu da əlavə edib ki, uzun zamandır Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban Əliyeva Avropa və dünyada ciddi mədəni və sosial layihələrə verdiyi dəstəklə diqqəti özünə çəkdi.

Koç məqalədə qeyd edib ki, “Azərbaycana beynəlxalq səviyyədə ciddi qarşılığı olan layihələri gətirərək, dünyadakı Azərbaycan əleyhdarı olan lobbilərlə mübarizə aparmaq səylərini davam etdirdi. Hər tərəfdən mühasirəyə alınan Azərbaycanda baş verənlərin dünyaya çatdırılması üçün mədəni layihələrlə mühasirələr yarılmaya başladı. Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyinatını bu sahələrdəki uğurlarının nəticəsi kimi dəyərləndirmək bizi gerçək nəticələrə aparır.Xalq arasında böyük nüfuzu olan Mehriban Əliyeva fərqli bir yolu sınaqdan keçirməyə başladı”.

Müəllif əlavə edib ki, toplumdakı fərqli siyasi qrupları, hətta narazı səsləri belə "mərkəzə çəkmə, onları dinləmə və etiraz etdikləri məsələlərin çarəsini tapmaq" siyasəti Mehriban xanım Əliyevanın siyasi ağıl istehsal etmək sahəsində bacarığını da göstərmiş oldu.

Məqalədə o da vurğulanıb ki, Mehriban xanım Prezident Əliyev idarəçiliyinə müxalif olanlara hətta belə demək mümkünsə, nifrət dolu siyasi qruplaşmalara qarşı "yumşaq və dinləyən tərəf" profilini ortaya qoymaqla Azərbaycanda ictimai sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.

“Azərbaycan yenidən və daha fərqli bir dəyişiklik modelinə keçdiyini son aylarda atdığı addımlarla açıq nümayiş etdirir."İdarəçilikdən getməsi mümkün olmayacaq" deyilən şəxsləri pensiyaya göndərmək forması isə dövlət ənənəsi baxımından yeni bir düzəni ortaya qoyur."Sovetlər Birliyi dağılsa da, hələ də şüurlarda bolşevik təfəkkürü hökm sürməkdədir. Gələnin gedəni yox etməsi siyasəti üzərində qurulmuş bolşevik baxış bucağı Azərbaycanın gələcəyi üçün qorxunc hadisədir..." Marginallaşan siyasi qüvvələrin bu ifadələrinə nəzər saldıqda görürük ki, idarəçilikdəki kadrlara nifrətlə yanaşılır. Bunu dövlət idarəçiliyindəki şəxslərin hərəkətləri və xalqı nəzərə almayan kadrların möhkəmləndirdiyi də bir gerçəkdir”, - müəllif qeyd edib.

Koç öz məqaləsində onu da qeyd edir ki, “Bəzi RİH başçıları və nazirlərin xalqla münasibətlərindəki davranışı və xalqa yuxarıdan aşağı baxması ilə marginallaşan narazı səslərin ortaya çıxmasını körüklədiyi hər kəsə məlumdur. Digər tərəfdən, bu marginal qüvvələr daha çox Azərbaycana qorxunc nəticə vəd edir!Unutmamaq lazımdır ki, İran-Rusiya-Qərb üçbucağında "Azərbaycanda belə bir fəlakət olsa, nə etmək lazımdır" sualı çox vacibdir. Prezident İlham Əliyev bütün bunları dərk edərək, dəyişiklik küləyini başlatmış kimi görünür. Köhnə fikirli, yeniliyə açıq olmayan, xalqla arasındakı bağı qoparmış şəxsləri sayğı ilə pensiyaya göndərir. Xalqla arası açılan RİH başçılarını və yerli idarəçiləri cəzalandırır, gənc nəslin təmsilçilərini və rüşvətə bulaşmamış adların idarəçiliyə gətirilməsi xalqda ümidlərin cücərməsinə səbəb olur”.

Türkiyəli jurnalist məqaləsində Mehriban Əliyevanın xüsusilə mərhum Prezident Əbülfəz Elçibəy və onun ailəsinə göstərdiyi hörmət və bunu sübut edən hərəkətləri ictimai sabitlik baxımından önəmli siyasi addım kimi qiymətləndirildiyini də vurğulayıb.

“Mərhum Elçibəyin evinin təmir olunması xalqda simpatiya ilə qarşılanıb.Elçibəyin bir neçə ay əvvəl vəfat edən həyat yoldaşının bütün cənazə xərclərinin Mehriban Əliyeva tərəfindən qarşılanması isə adət-ənənə baxımından Mehriban Əliyevanın dəyərlər sisteminə necə baxdığını üzə çıxardığı üçün alqışla qarşılandı”, - məqalədə qeyd olunur.

Müllif onu da vurğulayıb ki, Azərbaycan idarəçiliyini ən sərt şəkildə ittiham edən, Əliyev ailəsinə tənqid dolu çıxışları ilə müxalifətçilik edən fəal Oqtay Gülalıyevin qəza nəticəsində xəstəxanaya düşməsi də Mehriban Əliyevanın diqqətindən yayınmayıb.

“Qəzada Əliyev idarəçiliyi ittiham olunsa da, Gülalıyevin Birinci vitse-prezidentin tapşırığı əsasında özəl təyyarə ilə Türkiyəyə göndərilməsi və bütün müalicə xərclərinin Heydər Əliyev Fondu tərəfindən ödənilməsi Azərbaycanda ictimai sabitliyin ünvanının da Mehriban Əliyeva olduğunu açıq şəkildə göstərir”, - Koç vurğulayıb.

O, Azərbaycanın özünü nə Gürcüstan, nə də Ukrayna kimi macəralı küləklərə təslim etməyəcəyini qeyd edib.

“Geostrateji baxımdan Azərbaycanı gəldiyi bu nöqtədə əzməyə cəhd edən güclərin olduğu aşkardır. Ermənistan tərəfindən edilən və mütəmadi olaraq, müharibənin başlanmasına hesablanan təxribatçı həmlələrin əsas səbəbi də budur. Yeni gərginlik və müharibə şəraiti böyük güclər üçün zəmin yaranması mənasını daşıyır. Bunu birbaşa görən və bu dəyişikliyi başqalarının əli ilə deyil, öz millətinin yerli və milli insanları ilə birlikdə həll etmək uğurun ən böyüyü olacaq”, - məqalədə qeyd olunur.
OXŞAR MÖVZULAR