Impera

XƏBƏR LENTİ
14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir14:00“Kaspersky” dünya üzrə hotellərdən fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb13:40Sabah hava yağmursuz olacaq13:08“Biz bunu bacararıq” adlı maarifləndirici tədbir keçirilib12:58Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib12:45Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər12:30Aqrar xidmətlərin elektronlaşdırılması bu xidmətləri fermerlər üçün daha əlçatan edir12:10Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib11:50Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirəcək11:38Məktəb direktorları üçün seminar-treninq keçirilib11:12Yevlaxda Nəsiminin 650 illik yubileyi münasibətilə agacəkmə aksiyası keçirilib10:50Dünya Bankının nümayəndə heyəti ilə müzakirələr aparılıb10:30Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb10:15Müdafiə naziri Qətərin yeni təyin olunmuş səfiri ilə görüşüb09:50Daha bir marşrut xəttinin hərəkət trayektoriyası sakinlərin müraciəti əsasında dəyişdirildi09:31Atəşkəs rejimi 23 dəfə pozulub09:00M5 magistralının Xaldan-Şəki hissəsi və Şəki şəhərinin giriş yolu yenidən qurulur21:48İqbal Məmmədovla bağlı daha bir qalmaqal-Ölmüş quş və yararsız yumurtalar-ŞOK20:41Daxili orqanında 142 ədəd metadon həbləri aşkar edildi19:36Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb19:19Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub19:06Nazir Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb18:58Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib18:55Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir18:21Prezident İlham Əliyev Şamaxıda səfərdədir18:15Bu küçədə hərəkət məhdudlaşdırılır18:09Antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarlandı.16:45Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb16:30Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib16:17Şəmkirdə 342 fərdi yaşayış evinə qaz verilib16:00"Azəriqaz" rəhbərliyi cəbhə zonasında vətəndaşları qəbul edib15:43“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb15:10Su Təsərrüfatı işçiləri 1500-dən çox ağac əkiblər14:57BMU könüllüləri mükafatlandırılıb14:28“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib14:16“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir14:05Gənc Sahibkarlar Forumu keçiriləcək13:50Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib13:42Paytaxt məktəbinin müəllimi dünya çempionu olub13:17Sabahın hava proqnozu açıqlanıb13:00İşağlçı ölkə üçün gələn il limitin bitməsidir12:43Bu müntəzəm marşrut xətləri müsabiqəyə çıxarıldı12:22Daha üç rayonda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirici tədbirlər keçirilib12:08Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də11:46Müsabiqənin finalçıları bəlli olub11:30Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib10:57İstilik energetikası mühəndisliyi üzrə 13-cü beynəlxalq konfrans keçiriləcək10:45Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulub10:20Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO10:14Düşmən mövqelərimizi iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutub10:0546 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib09:00Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib - VİDEO19:16“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi - 90 SJ 100 -19:00Hərbi qulluqçumuz hospitala təxliyə edilərkən yolda keçinib18:47“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib18:18Paytaxtda "Azəriqaz" adından dələduzluq edilir17:54Azərbaycanda ilk dəfə iki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb17:27Nazir Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib17:18Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib16:50Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib16:37Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib16:29Məktəblilərə süd paylanılmasına başlanılıb16:17Müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb16:07Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub16:00Bakutel-2019 sərgisində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunu
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (190)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Zaqatalada “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusu müzakirə olunub

19 Noyabr 2019, 16:31   


Newscenter.az.19.11.2019
. 18-19 noyabr tarixlərində Zaqatalada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Zaqatala Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda ikigünlük regional konfrans keçirilib.

Newscenter.az-a Dini Komitədən bildirilib ki, tədbirdə Zaqatala RİH və DQİDK-nın rəsmi nümayəndələri, eləcə də idarə, təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində çalışan qadınlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Konfransı giriş sözü ilə açan Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nüşabə Ömərova bildirib ki, qadınların bu istiqamətdə maarifləndirilməsi ölkənin dini stabillik baxımından gələcəkdə mövcud ola biləcək təhlükələrə qarşı hazırlıqlı olması üçün olduqca əhəmiyyətlidir. Çünki, cəmiyyətin təməl sütunlarından ən vacibini təşkil edən ailə institutunda övladları tərbiyə etmək missiyasının əsas yükü qadınların üzərinə düşür. Sağlam dini düşüncəyə malik qadın, öz növbəsində, radikal elementlərdən uzaq, sağlam təfəkkürlü övladlar yetişdirir. Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova “Dini maarifçiliyin təşkilində qadınlar” mövzusunda çıxış edib. Şöbə müdiri dini sahədə maarifləndirmənin önəmi, dini fanatizm, ekstremizm və xurafatla mübarizədə qadınların rolu barədə danışıb. O bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında qarşılıqlı anlaşma mühitinin dövlət səviyyəsində qorunub saxlanılması daim diqqət mərkəzindədir. Müxtəlif dinlərin yayıldığı ölkəmizdə bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dostluq əlaqələri formalaşıb, milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb.

Ailə dəyərləri və milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində qadınların roluna da toxunan E.Kərimova onların təhsilli olmasının, öz hüquqlarını bilməsinin, düzgün dini bilgilərə malik olmasının milli-mənəvi dəyərlərimizin mühafizə edilməsi baxımından olduqca əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

“Erkən nikah və onun fəsadları” mövzusunda təqdimatla çıxış edən DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva erkən nikahla bağlı ölkə qanunvericiliyində təsbit olunan hüquqi prosedurlar, problemin yaranma səbəbləri, aparılan araşdırmalar və statistik göstəricilər haqqında ətraflı məlumat verib. O bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün müəyyən olunmuş yaş həddindən aşağı olması bu kimi ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gəlməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi mənfi nəticələr doğurur. Erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, cəmiyyətin fərdi kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Şöbə müdirinin sözlərinə görə, erkən nikah probleminin qarşısını almaq və gender bərabərliyinə nail olmaq üçün qızlara, ilk növbədə, yüksək təhsil almaları üçün şərait yaradılmalıdır.

Radikal dini qrupların sosial şəbəkələrdə apardığı dini təbliğat məsələsinə də toxunan şöbə müdiri bildirib ki, buna, öz zərərli fikirlərini yaymaq, insanlar arasına dini və məzhəb ayrı-seçkiliyi salmaq üçün cəhd edilir. Belə hallarla mübarizə aparmaq, yarana biləcək risklərdən qorunmaq üçün məktəblilərin, yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə ciddi nəzarət edilməli, dini maarifləndirmə işinin yerinə yetirilməsində qadınlar da aktiv iştirak etməlidir.

DQİDK-nın tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilən “Ailə dəyərləri” filminin də nümayiş edildiyi ikigünlük konfrans iştirakçıların suallarının cavablandırılması ilə öz işini yekunlaşdırıb.

Mehman
OXŞAR MÖVZULAR