Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib



Newscenter.az.20.11.2019
. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab şəhərində Zərdab və Bərdə rayonlarından olan vətəndaşlarla görüşüb. Noyabrın 19-da isə sədr müavini Etibar Məmmədov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarından olan sakinləri qəbul edib.

Qəbullardan əvvəl “Azərsu” ASC-nin sədr müavinləri və yerli icra hakimiyyəti başçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Qəbullarda Zərdab, Bərdə, Kürdəmir və Ucar rayonlarından 52 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Anar
Xəbəri paylaş