Impera

XƏBƏR LENTİ
14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir14:00“Kaspersky” dünya üzrə hotellərdən fərdi kart məlumatlarının sızması ilə bağlı xəbərdarlıq yayıb13:40Sabah hava yağmursuz olacaq13:08“Biz bunu bacararıq” adlı maarifləndirici tədbir keçirilib12:58Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib12:45Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər12:30Aqrar xidmətlərin elektronlaşdırılması bu xidmətləri fermerlər üçün daha əlçatan edir12:10Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirilib11:50Azərbaycan və Gürcüstan qida təhlükəsizliyi sahəsində əməkdaşlığı dərinləşdirəcək11:38Məktəb direktorları üçün seminar-treninq keçirilib11:12Yevlaxda Nəsiminin 650 illik yubileyi münasibətilə agacəkmə aksiyası keçirilib10:50Dünya Bankının nümayəndə heyəti ilə müzakirələr aparılıb10:30Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb10:15Müdafiə naziri Qətərin yeni təyin olunmuş səfiri ilə görüşüb09:50Daha bir marşrut xəttinin hərəkət trayektoriyası sakinlərin müraciəti əsasında dəyişdirildi09:31Atəşkəs rejimi 23 dəfə pozulub09:00M5 magistralının Xaldan-Şəki hissəsi və Şəki şəhərinin giriş yolu yenidən qurulur21:48İqbal Məmmədovla bağlı daha bir qalmaqal-Ölmüş quş və yararsız yumurtalar-ŞOK20:41Daxili orqanında 142 ədəd metadon həbləri aşkar edildi19:36Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı başa çatıb19:19Prezident Şamaxıda zəlzələdən ziyan çəkmiş ailələr üçün inşa edilmiş binada yaradılmış şəraitlə tanış olub19:06Nazir Ramin Quluzadə Ukraynanın İnfrastruktur naziri ilə görüşüb18:58Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib18:55Ermənistan Dilqəm Əsgərov və Şahbaz Quliyevi “hamının hamıya” prinsipi əsasında azad etməkdən inadla imtina edir18:21Prezident İlham Əliyev Şamaxıda səfərdədir18:15Bu küçədə hərəkət məhdudlaşdırılır18:09Antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içkilər istehsal edən müəssisə aşkarlandı.16:45Prezident Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb16:30Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib16:17Şəmkirdə 342 fərdi yaşayış evinə qaz verilib16:00"Azəriqaz" rəhbərliyi cəbhə zonasında vətəndaşları qəbul edib15:43“AzInTelecom” MMC ilə Belarus Respublikasının Trafik Mübadiləsi Milli Mərkəzi arasında müqavilə imzalanıb15:10Su Təsərrüfatı işçiləri 1500-dən çox ağac əkiblər14:57BMU könüllüləri mükafatlandırılıb14:28“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib14:16“AzDoc” elektron sənəd dövriyyəsi sistemi “A-dan Z-yə elektron kargüzarlıq” xidmətlərini təqdim edir14:05Gənc Sahibkarlar Forumu keçiriləcək13:50Dövlət Gömrük Komitəsinin nümayəndə heyəti ÜGT Siyasi Komissiyasının iclasında iştirak edib13:42Paytaxt məktəbinin müəllimi dünya çempionu olub13:17Sabahın hava proqnozu açıqlanıb13:00İşağlçı ölkə üçün gələn il limitin bitməsidir12:43Bu müntəzəm marşrut xətləri müsabiqəyə çıxarıldı12:22Daha üç rayonda EKTİS-in tətbiqi ilə bağlı maarifləndirici tədbirlər keçirilib12:08Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də11:46Müsabiqənin finalçıları bəlli olub11:30Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib10:57İstilik energetikası mühəndisliyi üzrə 13-cü beynəlxalq konfrans keçiriləcək10:45Vəzifəli şəxsin 808 min manatlıq əmlakına həbs qoyulub10:20Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb - VİDEO10:14Düşmən mövqelərimizi iriçaplı pulemyotlardan və snayper tüfənglərindən atəşə tutub10:0546 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib09:00Əlahiddə Ümumqoşun Orduda mühəndis texnikalarının növbəti hissəsi silahlanmaya daxil edilib - VİDEO19:16“Land Cruiser” sürücüsü ölüm ayağında olan xəstənin yolunu kəsdi - 90 SJ 100 -19:00Hərbi qulluqçumuz hospitala təxliyə edilərkən yolda keçinib18:47“Əşyaların interneti: müasir cəmiyyətin təməli” mövzusunda 2-ci Xəzər İnnovasiya Konfransı keçirilib18:18Paytaxtda "Azəriqaz" adından dələduzluq edilir17:54Azərbaycanda ilk dəfə iki dövlətin nazirlikləri arasında memorandum elektron imza ilə imzalanıb17:27Nazir Ramin Quluzadə Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi və iranlı nazirlə ikitərəfli görüş keçirib17:18Prezident Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik nazirini qəbul edib16:50Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin VI iclası keçirilib16:37Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib16:29Məktəblilərə süd paylanılmasına başlanılıb16:17Müsabiqənin məktəbdaxili mərhələsi başa çatıb16:07Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub16:00Bakutel-2019 sərgisində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunu
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (190)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Vətəndaşların 77.5 faizinin ölkə prezidentinə inam və etimadı yüksəkdir-VIDEO

20 Noyabr 2019, 15:07   


Newscenter.az.20.11.2019. Sosial Tədqiqatlar Mərkəzi nizamnaməsinə uyğun ardıcıl olaraq müxtəlif mövzularda ictimai rəyin öyrənilməsi məqsədi ilə sorğular hazırlayır, tədqiqatlar həyata keçirir. Newscenter.az-a Mərkəzdən daxil olan məlumata görə, STM həm də beynəlxalq beyin mərkəzlərinin dünyada geniş yayılmış mövcud ənənələrindən və iş praktikasından, tətbiqlərindən faydalanaraq hakimiyyət institutları ilə bağlı ictimaiyyətin düşüncəsini öyrənir.

Məhz bu baxımdan dövlət və vətəndaş arasında sağlam, etibarlı və dürüst əlaqələrin formalaşması məramından irəli gələrək yaradılan STM məqsədinə uyğun olaraq hakimiyyət institutlarına ictimaiyyətin münasibətini vaxtaşırı test edir və eyni zamanda ölkə rəhbərinin aylıq fəaliyyəti barədə ictimai düşüncənin monitorinqini də aparır.

Sosial Tədqiqatlar Mərkəzi “İnam indeksi” jurnalının oktyabr buraxılışında sözügedən məsələləri əhatə edən “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib. Hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib.
Bölgələrdə yerləşən 14 “ASAN xidmət” mərkəzində sorğu metodologiyası icra edilib, hansı ki, 14 regional xidmət mərkəzi bütün ətraf rayonların da əhalisini əhatə edib.

İctimai rəy sorğusunda ümumilikdə 1316 respondent iştirak edib. Onların seçimi təsadüfi qaydada aparılmaqla yanaşı, xidmət mərkəzlərindən istifadə edən hər ikinci şəxslə olub. Bu metodla həm reprezentativlik təmin edilib, həm də əhalinin bütün sosial-demoqrafik qrupları əhatə edilib və xəta əmsalı statistik olaraq üç faizə bərabərdir.

Sorğunun aparılmasında “üz-üzə” metodu tətbiq edilib və nəticələr “SurveyToGo” proqramında emal edilib. Sahə işi cari ilin 29 oktyabrdan 5 noyabra qədər davam edib. Sorğuların nəticəsi SPSS (Sosial Elmlər üzrə Statistik Proqram Paketi) proqramı vasitəsilə təhlil edilib. Təsvir analizləri ilə yanaşı, dəyişənlər arasında korrelyasiyalar da müəyyənləşdirilib.Anket 13 əsas, 5 demoqrafik sualdan ibarət olub və üç əsas istiqamətdə aparılıb:

Prezidentin beynəlxalq arenada Ermənistanın işğalçı mövqeyi və Dağlıq Qarabağ problemi barədə çıxışları,
Oktyabr ayında imzalanan sərəncamlar əsasında baş vermiş kadr dəyişiklikləri və sutruktur islahatları,
Prezidentin fəaliyyətinin müxtəlif istiqamətlər üzrə dəyərləndirilməsi.

Sorğunun demoqrafik göstəricilərinə görə, 1316 respondentin 67,6%-i kişi, 32,4%-i qadındır.
Əsas yaş qrupu 26-35, yəni 34,3%-dir. Təhsil səviyyəsinə görə, tam orta təhsillilər üstünlük təşkil edib ki, bu da 45,1%-dir.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə 2019-cu ilin oktyabr ayı ərzində Prezidentin reytinqində yüksəlmə müşahidə olunmuşdur.

Mərkəz tərəfindən keçirilmiş sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab olunur. Prezidentin oktyabr ayındakı fəaliyyəti onun ictimai rəydəki pozitiv imicini daha da gücləndirmişdir. Ümumilikdə, vətəndaşların 77,5%-i ölkə Prezidentinə inam və etimadının daha da artdığını, 18.1 faiz respondent isə həmişəki sabit inam və etibarının qorunub saxlandığını bildiriblər.
Prezidentin oktyabrın 3-də “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı zamanı “Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi əhalidə vətənpərvərlik hissini gücləndirmiş, dövlətə olan inam və etibarı artırmışdır. Bu, rəyi soruşulanların 85,8%-nin fikridir.
76,9% isə hesab edir ki, Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışı Ermənistanın beynəlxalq müstəvidə mövqelərinin zəiflədilməsi baxımından təsirli olmuşdur. Ümumiyyətlə, respondentlərin 84.9%-i Prezidentin “Valday” Diskussiya Klubunun plenar iclasındakı çıxışının əhəmiyyətini yüksək qiymətləndirib.

Prezidentin oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Sammitindəki çıxışı rəyi soruşulanların 85%-i tərəfindən rəğbətlə qarşılanmışdır. Azərbaycan Prezidentinin Ermənistanı tutarlı arqumentlərlə faşizmi qəhrəmanlaşdırmaqda ittiham etməsi və qarşı tərəfin mahiyyətsiz cavabı göstərdi ki, Prezident İlham Əliyev hücum diplomatiyasını uğurla davam etdirir. Rəyi soruşulan hər 5 respondentdən dördünün fikrincə, Prezident İlham Əliyevin Aşqabadda MDB Dövlət Başçıları Sammitindəki çıxışı faşizm ideyalarını dəstəkləyən Ermənistanın ifşası istiqamətində tutarlı addım olmuşdur. 80,1% bu çıxışın münaqişənin tənzimlənməsi istiqamətində də təsirli olacağı qənaətindədir.
Prezidentin oktyabrın 15-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündəki və oktyabrın 25-26-da Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışları da Azərbaycanın beynəlxalq imicinin möhkəmləndirilməsi, münaqişə vəziyyəti ilə bağlı həqiqətlərin-Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması respondentlərin 80.9%-nin rəyinə görə çox əhəmiyyətli hesab edilir.

Prezidentin oktyabr ayında həyata keçirdiyi struktur və kadr islahatlarından respondentlərin gözləntiləri kifayət qədər böyükdür. Sorğunun nəticələri Prezident tərəfindən həyata keçirilən islahatlara əhalinin inamının ən yüksək səviyyədə olduğunu göstərdi. Ümumilikdə, respondentlərin 87,6%-i Prezidentin həyata keçirdiyi islahatları dəstəkləyir, onu əhəmiyyətli hesab edir.

Prezidentin oktyabr ayındakı fəaliyyətinin ən yüksək qiymətləndirildiyi sahələrdən biri də ordu quruculuğudur. Belə ki, rəyi soruşulanların 92,7%-i Prezidentin ordunun və bütövlükdə Silahlı Qüvvələrin formalaşdırılması sahəsində uğurlu fəaliyyətini qeyd edib. Onun ardınca 92,4% respondent isə ölkə Prezidentinin xarici siyasi fəaliyyətini uğurlu hesab edir.

Oktyabr ayında keçirilən rəy sorğusu göstərdi ki, Prezidentin kadr islahatlarına ictimai dəstək getdikcə daha da artır. Belə ki, cari ilin iyun ayında bu dəstək 74% təşkil etdiyi halda, oktyabr ayında 86,5%-ə bərabər olub. Bu da ondan xəbər verir ki, davamlı kadr islahatları vətəndaşlar tərəfindən ümummilli rifahın təmin olunmasının alternativsiz yolu kimi qiymətləndirilir.

Respondentlərin cavablarına əsasən demək olar ki, qeyri-neft sektoru ilə bağlı müvafiq hökumət strukturlarının fəaliyyətinin daha da yaxşılaşdırılmasına ehtiyac var. Belə ki, bu istiqamətdə bir çox işlər görülsə də, hələ də çatışmazlıqlar, problemlər qalmaqdadır.
Ümumilikdə, rəyi soruşulanların 83,7%-i hesab edir ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən kadr və struktur islahatları onların gözləntilərini doğruldur. Kadr islahatları zamanı gənclərə üstünlük verilməsi xalqın gözləntilərinə tamamilə uyğundur. Respondentlərin 86,9%-i ölkə Prezidentinin müvafiq yanaşmasını dəstəkləyir. Bu, bir daha onunla əlaqələndirilir ki, Prezident həyata keçirdiyi islahatlar zamanı xalqın rəyini nəzərə alır. Respondentlərin 88%-nin bu mövqedən çıxış etməsi xalqla lider arasında etibarlı bağların olmasından xəbər verir.
Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında dərin bağlılıq var. Göründüyü kimi, əhali “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” prinsipinin reallıqda təzahürünü təsdiqləyir.

Sorğunun nəticələrinə istinadən qeyd etmək olar ki, respondentlər ölkə Prezidentinin öz fəaliyyətində onların maraqlarından, təlabatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Beynəlxalq müstəvidəki uğurlar və daxili siyasətdəki islahatların dərinləşməsi Prezidentin adı və şəxsi təşəbbüsləri, nümunələri ilə bağlı olduğu üçün onun reytinqi ictimai rəydə yüksələn xətt üzrə dinamika nümayiş etdirir və bu tendensiya islahatların davam etməsi fonunda güclənir.

Oktyabr ayında baş verən hadisələri respondentlərın mütləq əksəriyyəti vacib hesab edir. Bu hadisələr arasında ən çox rəğbət doğuranlar Prezidentin “Valday” Beynəlxalq Diskussiya Klubunda cıxışı və Aşqabadda Ermənistanın faşizmi qəhrəmanlaşdırmasına kəskin etiraz nitqi olub.

Prezidentin ordu quruculuğu, xarici siyasət və kadr islahatları istiqamətindəki fəaliyyəti respondentlər tərəfindən daha yüksək qiymətləndirilir. Sorğu iştirakçıları təhlükəsizlik və Silahlı Qüvvələr məsələsinə daim həssaslıq göstərirlər. Lakin sosial-iqtisadi sahədəki fəaliyyətə əhalinin razılıq dərəcəsi bir qədər aşağıdır. Respondentlərin nəzərində oktyabr ayında başlanan islahatların uğurla həyata keçirilməsi nə əsas maneə məmurlar, yerli hakimiyyət orqanları və bəzi dövlət qurumlarının laqeyd yanaşmasıdır. Başqa sözlə, sorğuda iştirak edənlərin müəyyən bir hissəsi bu qənaətdədir ki, islahatların uğurlu icrası üçün dövlət qurumlarının özlərinin fəaliyyətində dəyişiklik olmalıdır. Kadr və struktur islahatları respondentlərin böyük əksəriyyətinin gözləntilərini doğruldub və onların əsas gözləntiləri gənc nəsil üçün yeni perspektivlərin və imkanların yaradılması olub. İqtisadiyyat sahəsində gözləntilər yenə də bir qədər aşağı olub, belə ki, iqtisadiyyatda şəffaflıq tədbirlərinin artması gözləntisi olan respondentlər azlıq təşkil edir. Hökumətdə təmsil olunan yaşlı nəslin daha gənc kadrlarla əvəz olunması da respondentlər tərəfindən müsbət qarşılanıb.

Ölkə Prezidentinin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir. Əhali oktyabr ayında Prezidentin daxili və beynəlxalq müstəvidəki fəaliyyətini yüksək qiymətləndirir, ona olan etimadın artdığını qeyd edir. Ümumilikdə oktyabr ayını vətəndaşlar ölkəmiz üçün uğurlu sayır.
OXŞAR MÖVZULAR