Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır



Newscenter.az.21.11.2019. Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İspaniyada keçirilən “IBTM World” sərgisində iştirak edir.

Newscenter.az Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, sərgidə Azərbaycan Turizm Bürosunun tabeliyində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ilə birlikdə Bakı Konqres Mərkəzi, həmçinin 10-a yaxın turizm şirkəti təmsil olunur.
19 noyabrdan start götürən sərgi çərçivəsində B2B (Biznesdən-biznesə) formatında görüşlər keçirilib, Azərbaycanın işgüzar turizm potensialı barədə təqdimatlar nümayiş edilib.

İşgüzar tədbirlər sənayesinin ən mühüm sərgilərindən biri sayılan “IBTM World”də iştirak etməkdə məqsəd Azərbaycanın işgüzar turizm imkanlarını tanıtmaq, təbliğ etmək və işgüzar məqsədlərlə Azərbaycana səfər edəcək sənaye iştirakçılarının sayını artırmaqdır.

Qeyd edək ki, 1987-ci ildən bəri hər il keçirilən “IBTM World” ən əhəmiyyətli beynəlxalq sərgilərdən biri hesab olunur və işgüzar tədbirlər sənayesində fəaliyyət göstərən 15 mindən çox mütəxəssisi bir araya gətirir.

Aydan

Xəbəri paylaş