Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yağışlı hava ilə əlaqədar yollarda sürət həddi endirildi



Newscenter.az.21.11.2019. Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb. Bildirilib ki, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyyatlı olmağı tövsiyə edirik. Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Anar
Xəbəri paylaş