Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Birinci vitse-prezident Rusiya prezidenti Vladimir Putinlə görüşdü



Newscenter.az.22.11.2019. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Newscenter.az “İnterfax”-a istinadən bildirir ki, Putin Azərbaycan prezidenti İlham Əliyevlə 20 dekabrda Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Birliyinə üzv dövlətlərinin rəhbərlərinin qeyri-formal sammitində görüşəcəyinə ümid etdiyini deyib: “Azərbaycan prezidentinə mənim ən yaxşı arzularımı çatdırın. Ümid edirəm ki, biz onunla Peterburqda görüşəcəyik”.

Görüş zamanı prezident həmçinin ölkə rəhbərliyinin rus dilinə böyük əhəmiyyət verməsinə diqqət edib. Putinin sözlərinə görə, Azərbaycan SSRİ-nin rus mədəniyyətinə və rus dilinə ən yüksək səviyyədə dəstək verən ölkələrindən biridir. Bununla əlaqədar o, Prezidentin və Birinci Vitse-prezidentin şəxsi rolunu yüksək qiymətləndirib.

Öz növbəsində Mehriban Əliyeva gələcəkdə Azərbaycan hakimiyyətinin humanitar sferaya daha çox diqqət ayıracağını bildirib: “Yeni nəsil yetişir. Bizim nəslin ümumi kökləri, ümumi tarixi var. Yeni nəsil böyüyür, humanitar sferada olan bu əlaqələr qorunmalı və möhkəmlənməlidir”.

Putin bildirib ki, Mehriban Əliyeva ilk dəfədir Birinci vitse-prezident statusunda Rusiyaya səfərə gəlib. O qeyd edib ki, 23 noyabrda M.Əliyeva Federasiya Şurasının sədri Matviyenko ilə birgə 10-cu regionlararası forumun açılışını edəcəklər.

Söhbət zamanı Mehriban Əliyeva Putinə dəvət üçün təşəkkür edib: “Moskvada olmaqdan çox şadam. Moskva mənim üçün yaxın və əziz şəhərdir. Burada mənim tələbəlik illərim keçib”. M. Əliyeva Prezident İlham Əliyevin salamını Putinə çatdırıb: “Prezident sizə uyğun vaxtda Azərbaycana səfərə dəvət edir. Bu dəvəti sizə təqdim edirəm”.
Xəbəri paylaş