Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Son 5 ildə 800 km2 ərazi minalardan təmizlənib



Newscenter.az.26.11.2019. Son beş ildə dünya üzrə 800 km2 ərazi minalardan təmizlənib, 661491 mina məhv edilib. Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov Newscenter.az-a bildirib ki, anbarlarda olan 1.4 milyon mina, ümumiyyətlə isə konvensiya imzalandıqdan sonra ehtiyatdakı 55 milyon ədəd mina məhv edilib. 41 ölkə mina istehsalını dayandırdığını bildirib, yalnız 11 ölkədə istehsal hələ də qalmaqdadır.

Hesabat dövründə 6897 nəfərin mina və partlamamış sursatlardan zərər çəkdiyi bildirilir. Qeydə alınmış qurbanların 71%-i mülki şəxslərdir ki, onların da 54%-ni uşaqlar təşkil edir. Ümumilikdə Landmine Monitor Report 1999-cu ildən indiyədək 130000 insanın mina və partlamamış sursatlardan zərər çəkdiyini qeydə almışdır ki, bunun da 90000 nəfəri yaralanan şəxslərdir.

Xosrov


Xəbəri paylaş