Impera

XƏBƏR LENTİ
15:36BMU tələbəsi erməni rəqibini 10:0 hesabı ilə məğlub edib15:21Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib15:12Mübariz Qurbanlı Qətər səfiri ilə görüşüb15:01Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub14:48"Nemiroff", "Beluqa", "Finlandia" , "Ruskıy Standart" araqları da saxta çıxdı14:38Sabah bu küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq14:22“AmCham Azərbaycan” üzvləri üçün Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüş təşkil edib14:00Oqtay Gülalıyevin müalicəsi Heydər Əliyev Fondunun dəstəyi ilə Amerikan Xəstəxanasında davam edir13:47Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub13:29Məktəblilərə şəxsiyyət vəsiqəsi verilir13:08Zorakı ekstremizm ilə mübarizə mövzusunda beynəlxalq konfrans keçirilib12:47Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlıq genişlənir12:37Sabah Azərbaycanda hava yağmursuz olacaq11:55Noyabr ayında Azərbaycana səyahət edən xarici vətəndaşların sayı 13.3% artıb11:38Bu ərazilərə içməli su məhdudiyyətlə veüriləcək11:05“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçirilib10:36AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb10:00Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:00Azərbaycan Konqreslər Bürosu “Səfirlər proqramı”nı ictimaiyyətə təqdim edib14:24Energetika naziri Yevlax şəhərində vətəndaşları qəbul edib14:17I Gənc Sahibkarlar Forumu keçirilib13:58Daha bir hakimimiz beynəlxalq yarışa təyinat alıb13:30YAP Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib13:1614 787 müəllim ixtisasartırma təlimlərində iştirak edib12:57Sabah hava necə olacaq?12:34Fəzail Ağamalı özünə yeni müavin təyin etdi12:29“Azərbaycan Könüllülük Həftəsi” başa çatıb12:07Dr. D.Y. Patil adına institun nümayəndələri BMU-da olub11:49Azərbaycanda noyabrda gündəlik neft hasilatı 776 min barrel olub11:37“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərə start verilib10:57Subsidiyaların ilin əvvəlində verilməsi aqrar sektorun inkişafını stimullaşdıracaq10:42“Qobu Park-2” yaşayış kompleksinə hansı obyektlərdən köçürülmə aparılıb10:30Üç rayon üzrə səyyar qəbul keçiriləcək10:10Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşıb09:35Bakıda məşhur ticarət mərkəzində yanğın-VİDEO09:25Mövqelərimiz atəşə tutulub09:00Yevlaxda Heydər Əliyevin anım mərasimi keçirilib23:19İçimizdəki və cəmiyyətdəki “Xərçəng hüceyrələri”21:13"Məni kimsə deputat kimi görürsə, bu, ən böyük xoşbəxtlikdir" — Baş redaktor20:41Mübariz Mənsimov: "Hər dəfə adımı hallandırmağa, məni siyasi oyunlara qatmağa çalışırsınız və bu, həqiqətən də, məni yorur"18:21Dövlət Gömrük Komitəsinin sədri Rusiya Federal Gömrük Xidməti rəhbərinin müavini ilə görüşüb17:29AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb17:09Payızlıq əkinləri bəyan edən fermerlərin sayı iki dəfə artıb17:03Naxçıvan Ali Məclisinə seçkilər təyin edilib - SƏRƏNCAM16:57Azərbaycan fermerlərinin məhsulları XXIV “Global Village” Beynəlxalq Yarmarkasında nümayiş etdirilir16:3117 min 800 nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı16:17BMU-da Ümummilli Liderin anım tədbiri keçirilib16:01Azərbaycan Ordusunda “İlin ən yaxşı psixoloqu” müsabiqəsinin yekun mərhələsi keçirilib15:36“Ekoloji problemlər gənclərin gözü ilə” adlı sərgi keçiriləcək15:20Azərbaycan Turizm Bürosu Çində mükafata layiq görüldü14:53Türkiyə ilə Azərbaycan arasında daha bir sənəd imzalandı14:12“Türk Hava Yolları” Rovaniemiyə uçuşlara başlayır14:07“Bakutel 2019” sərgisində rekord izləyici: 25 minə yaxın insan sərgini ziyarət etdi13:52Parçaya hopdurulan narkotik vasitəni gömrük sərhədindən keçirmək cəhdi baş tutmadı13:22Yağışlı hava davam edəcək13:04Təhsil naziri payız semestrinin imtahan sessiyasının təşkili barədə əmr imzalayıb12:38Qazaxıstan Azərbaycanın təcrübəsini öyrənir-VIDEO12:12Cəlilabadda “ToxumArt” əmtəə nişanı altında toxum mağazası açılıb11:45VİP-in seçki qərarı yaxın günlərdə veriləcək10:28Bakıda “Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi çərçivəsində beynəlxalq seminar işə başlayıb.10:19Tədqiqatçılıq müsabiqəsinin ilk mərhələsi başa çatıb09:41BMU tələbələrinin növbəti uğuru09:33Atəşkəs rejimi 22 dəfə pozulub14:00Qaşıq, çəngəl, bıçaq dəstinin içərisində narkotik vasitə keçirmək istədi-VİDEO13:22AXA-da texniki nəzarətin təşkili, imtahan və texnikanın reyestri sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr həsr olunmuş tədbir keçirilib13:00Bakı-Şamaxı-Yevlax yolunda qeyri-adi qəza12:46Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq12:00“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Kürdəmir və Yevlaxda yerli fermerlərlə görüşüb11:00BMU-nun tələbəsi Azərbaycan üzrə birincilik qazanıb10:27Sinxron üzgüçülük üzrə “Aqua Stars” adlı beynəlxalq turnir keçiriləcək10:15"Azərsu" ASC-nin sədri Tehranda Şəhər Su Təsərrüfatı üzrə Regional İdarəetmə Mərkəzinin 10-cu toplantısında iştirak edib10:00Nizami Paşayev 10 ildən sonra üçqat dünya çempionu adını qazanıb09:55Millət vəkili Qırmızı Qəsəbədə dəfn olunacaq09:35Atəşkəs rejimi 24 dəfə pozulub09:13Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirilib09:00AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib08:44Almaniyanın Wurzburq şəhərində Azərbaycan Günü keçirilib21:00Millət vəkili vəfat edib20:12Dövlət Gömrük Komitəsi sədrinin iştirakı ilə biznes-forum keçirilib19:35Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq19:20Gömrük Akademiyası da ağacəkmə kampaniyasına qoşuldu18:51Dövlət Gömrük Komitəsi “Elektron növbə” layihəsinin tətbiqinə başladı-VİDEO18:38Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında aktiv iştirak edib18:15Sərnişin qatarlarının hərəkət cədvəli yenilənəcək18:00Abşeron Təcrübə Təsərrüfatında ağacəkmə kampaniyası keçirilib17:50409 fərdi yaşayış evinə təbii qaz verilib17:39BNA Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşularaq 100-ə yaxın ağac əkib17:19“Bakutel 2019” sərgisi çərçivəsində “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı keçirildi17:00Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb16:45Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib16:08İki rayon üzrə müəllim və valideynlər qəbul edilib15:47“Azəriqaz” işçiləri 5 min ağac əkib15:30AzInTelecom “BakuTel 2019” sərgisində öz yeni məhsullarını təqdim edib15:15Mehriban xanımın təşəbbüsünün səfərbəredici gücü15:04EKTİS-in tətbiqi aqrar subsidiyaların verilməsində vaxt itkisini aradan qaldıracaq14:52Fikrət Yusifov: "Dəmir yolu nəqliyyatındakı islahatlar bu sahədə inqilabi bir dönüşdür"14:48Heydər Əliyev adına AAHM kursantlarının çöl çıxışları başlayıb - VİDEO14:42Prezident İlham Əliyev və Mehriban Əliyeva Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar14:18Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir
BÜTÜN XƏBƏRLƏR
Aralık 2019 (255)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)

«    Kasım 2019    »
PtSaÇaPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 

6 aylıq uğurlu fəaliyyət və qarşıda duran yeni hədəflər

27 Noyabr 2019, 09:00   


Newscenter.az.27.11.2019. Rusiya azərbaycanlıları İttifaqı 27 aprel 2019 cu ildə Ümumdünya Azərbaycan mədəniyyət Fondu və Dünya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə Moskvada keçrilən Rusiya Azərbaycanlılarının I Forumunda təsis edildi. Forumun iştirakçıları, – Rusiyanın 56 regionunda dövlət qeydiyyatdan keçmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və təmsilçiləri yeni təşkilatın Prezidenti vəzifəsinə yekdilliklə Fizuli Məmməd oğlu Məmmədovu seçdi. Qeyd edək ki, Ümumdünya Azərbaycan mədəniyyət Fondu 2005 ci ildə Rusiyada təsis edilərək dövlət qeydiyyatından keçib. Dünya Azərbaycanlıları İttifaqı isə İtaliyada yaradılmış və dövlət qeydiyyatı olan təşkilatdır. Mərkəzi ofisi Milanda olan diaspor qurumunun dünyanın 14 ölkəsində, xüsusilə Avropa və Şimali Amerikada nümayəndəlikləri var. Hər iki təşkilatın rəhbəri Fizuli Məmmədovdur.

Rusiya azərbaycanlılarının I Forumunun iştirakçıları Fizuli Məmmədova olan etimadlarını onun diaspor işindəki böyük təcrübəsi və soydaşlarımızı birləşdirəcək keyfiyyətlərə malik olması ilə əsaslandırmışdı. Xatırladaq ki, Fizuli Məmmədov 1988 ci ildə Moskvada yaradılmış «Azərbaycan birliyi» təşkilatının da həmtəsisçilərindən biri olub.

Rusiya azərbaycanlıları İttifaqı diasporun arzusu və zamanın tələbi idi. Rusiya üzrə 260 ictimai regional təşkilatı qeydiyyatdan keçirmiş azərbaycanlılar birləşdirici və əlaqələndirici monolit diaspor strukturunun yaradılmasında maraqlı idilər. Bu istək Rusiya Ali Məhkəməsinin qərarına əsasən 15 may 2017 ci ildə Ümumrusiya Azərbaycan Konqresinin ləğvindən sonra xüsusilə aktual idi. O zaman və hazırda yeganə fedral təşkilat sayılan Rusiya azərbaycanlıları federal milli mədəni muxtariyyəti isə əfsuslar olsun ki, təşkilatdaxili böhran nəticəsində zəifləmiş və diasporda reputasiyasını itirmişdi.

Mövcud duruma vətəndaş siyasi mədəniyyətini bölüşən həmvətənlilər laqeyd qala bilməzdilər. Diaspordakı xaos, onun müxtəlif böhranlar qarşısında acizliyini görən Fizuli Məmmədov da çoxlarından fərqli olaraq durumu kənardan müşahidə etməyərək diasporu birləşdirmək işinə bütün gücünü səfərbər etdi.

Newscenter.az xəbər verir ki, 6 aylıq fəaliyyəti müddətində Rusiya azərbaycanlıları İttifaqı çoxşaxəli fəaliyyəti ilə seçildi. Təşkilat ilk növbədə Rusiya və MDB ölkələrində Azərbaycan xalqının zəngin tarixi irsini qoruyub və tanıdılması yolunda çoxlu sosial-mədəni və maarifləndirici tədbirlər həyata keçirdi ki, onları xronoloji ardıcıllıqla təqdim edirik.

1. Böyük Vətən Müharibəsindəki Qələbənin 74 cü ildönümü münasibətilə Moskva vilayətinin Ximki şəhərində yerli milli mədəni muxtariyyətlə birgə təntənəli bayram tədbiri. 09.05.2019
2. Heydər Əliyevin doğumunun 96 cı ildönümü münasibətilə klassik musiqi gecəsi. Daşkənd, 17.05.2019
3. Azərbaycan Demokratik Respublikasının 101 və Heydər Əliyevin 96 cı ildönümü münasibətilə silsilə tədbirlər. Novosibirsk, 22.05.2019
4. Azərbaycanın Respublika Günü. Moskva, 27.05.2019
5. Azərbaycansayağı çay dəstgahı. Kulinariya tədbiri. Moskva, 31.05.2019
6. Qızıl Ordanın 750 illiyi münasibətilə elmi – təqdiqi konfrans. Kazan, 29.06.2019
7. Azərbaycansayağı çay dəstgahı. Kulinariya tədbiri. Moskva vilayəti, Mıtişi şəhəri 07.07.2019
8. Rusiya – Azərbaycan münasibətlərində diaspor amilinə həsr edilmiş mətbuat konfransı, Bakı. 18.07.2019
9. 1 saylı orta məktəbdə Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr edilmiş test. Maqadan, 04.10.2019
10. Azərbaycan Respublikasının Müstəqillik Günü. Arxangelsk, 17.01.2019
11. Azərbaycan Respublikasının Müstəqillik Günü. Maxaçqala. 18.10.2019
12. Qafqaz yerli süvari diviziyasının 105 illiyinə həsr edilmiş «Vəhdət və rəşadət. Vəhşi diviziya tarix və mədəniyyətdə» təntənəli müşavirəsi. Moskva, 31.10.2019
13. İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş ədəbiyyat gecəsi. Voronej, 02.11.2019

RAİ nin fəaliyyət istiqamətlərindən biri də xeyriyyəçilikdir.
Rusiya Azərbaycanlıları İttifaqı təsis edilənə qədər Fizuli Məmmədov bir il müddətində onlarla Qarabağ qazisi və şəhid ailəsini mənzillərlə təmin etməklə müasir Azərbaycan və diasporumuz tarixində misli görünməyən xeyriyyəçiliyi ilə fərqlənmişdi. Bu vətənpərvərliyi və humanizmi ilə Fizuli Məmmədov formalaşmış «dövlət diaspora dəstək verir» stereotipinin əksini örnək kimi göstərmiş oldu.

RAİ Prezidenti olaraq Fizuli Məmmədov Ermənistan – Azərbaycan müharibəsi qazilərinin Türkiyə və Azərbaycanın tibb mərkəzlərində müalicə xərclərini ödədi. O qaziləri Türkiyənin məşhur klinikalarına gedərkən şəxsən müşaiyyət etdi, müayinə zamanı onlarla bərabər oldu. 6 ay ərzində müayinəsi və müalicəsinə maliyyə yardımı edilmiş qazilərin siyahısını təqdim edirik
14. Aqil Əhmədov, Türkiyə, Acı Badəm klinikası
15. Hüseyn Həsənov, Türkiyə, Acı Badəm klinikası
16. Fərəc Cəfərov, Türkiyə, Acı Badəm klinikası
17. Rövşən Cəfərov, Azərbaycan, DİN hospitalı

RAİ qazilər və şəhid ailələri ilə bərabər ehtiyacı olan müxtəlif sosial statuslu vətəndaşlara, o cümlədən istedadlı azyaşlı və gənclərə də yardım əlini uzadıb.
18. Onkoloji xəstəliyə yoluxmuş jurnalist Aydın Mehdiyevin Moskvada davamlı müalicəsi və Nyu Yorka qabaqcıl klinikaya köçürülməsi və müalicə xərcləri ödənilib.
19. Yeniyetmə Rza Əliyevin Acı Badəm klinikasında müayinə xərcləri ödənilib
20. Jurnalist Pərvanə Hüseynovanın Bakıda və Türkiyənin Acı Badəm klinikasında müalicə xərcləri ödənilib.
21. Moskvada əmək miqrantı kimi çalışan Orxan Hüseynovun müalicə xərcləri ödənilib. Vəsait olmadığı təqdirdə gənc soydaşımızın qolu dirsəkdən amputasiya ediləcəkdi.
22. Qarabağ qazisi Etibar Quliyevin qızı Nərmin Quliyevanın tibbi əməliyyat xərcləri ödənilib.
23. Ramazan ayında RAİ Prezidenti Fizuli Məmmədovun şəxsi vəsaiti ilə Moskva və Moskva vilayəti, Bakı, Kalininqrad, Ryazan, Novosibirsk, Kirov şəhərlərində dəfələrlə iftar süfrələri təşkil edilib.
24. Çeçenistanda təşkil edilən «Kim, Harda, Nə vaxt» beynəlxalq turnirində Azərbaycanın «Qarabağ» komandasının iştirakına maddi və təşkilati dəstək edilib.
25. Azyaşlı çapar Gülay Fərzəliyevanın müraciəti əsasında ona Qarabağ cinsindən olan at hədiyyə edilib. Qeyd edək ki, Gülay Fərzəliyeva atda göstərdiyi tryuklarla Azərbaycanı dünyaya tanıdır.

Davamlı layihələr

26. Böyük Vətən Müharibəsinin iştirakçısı olmuş, Baltik flotunun vitse-admiralı rütbəsinə qədər yüksəlmiş Həmid Qasımbəyovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı layihə. Layihənin ilkin mərhələsi olaraq Baltiysk meriyası qoyulacaq büstün, abadlaşdırılacaq xiyabanın ünvanını təyin edib, plan və smeta tərtib edilib, müvafiq sənədləşmə işləri aparılıb. 2020 ci ildə layihənin Rusiya azərbaycanlıları İttifaqı tərəfindən gerçəkləşəcəyi nəzərdə tutulub.
27. Novqorod vilayətinin Parfino rayonunda Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı layihə. Hazırda İsrafil Məmməovun büstünün qoyulacağı ərazinin çertyoju hazırlanır, müvafiq sənədləşmə işləri aparılır, büstün eskizləri üzərində iş gedir. Layihəyə əsasən büstün ətrafındakı ərazini də RAİ abadlaşıdıracaq. 2020 ci ilin mayına qədər layihəni reallaşdırmaq nəzərdə tutulub.
28. Leninqrad vilayətinin Nizino kəndinində Leninqradın müdafiəsi zamanı həlak olmuş təyyarəçi Hüseynbala Əliyevin torpağa tapşırıldığı qardaş məzarlığında bərpa işləri və onun ətrafındakı ərazinin abadalaşdırılması RAİ nin maddi və təşkilati dəstəyi ilə həyata keçriləcək

İdman tədbirləri

İdmançılara dəstək Rusiya Azərbaycanlıları İttifaqının əsas fəaliyyət istiqamətlərindən biridir. Bu sahədə RAİ həm də quruculuq işləri ilə seçilir.
29. Rusiya azərbaycanlıları İttifaqı hər bir azərbaycanlı üçün böyük mənası olan «Mübariz» adında idman döyüşçü klubunu təsis edib. 8 noyabr 2019 cu il tarixindən etibarən «Mübariz» hüquqi şəxs kimi Rusiyanın Vahid dövlət Reestrinə daxil edilib. Klubun ilk bölməsi artıq Tula şəhərində açılıb və fəaliyyət göstərir. Avropa və MDB dövlətlərində, həmçinin Rusiyada «Mübariz» klubunu açmaq istəyənlər RAİ yə müraciət edə bilərlər. Müraciət edildiyi təqdirdə RAİ açılacaq idman zalının 3 aylıq icarə haqqını və onu çeşidli idman inventarı ilə təmin etməyi öz üzərinə götürür.
Rusiya azərbaycanlıları İttifaqı keçən zaman ərzində bir çox Azərbaycanlı idmançıların mühüm idman yarışlarında iştirakını təmin edib. Onları xronoloji ardıcıllıqıa təqdim edirik.
30. Məşhur kikboksçu Alim Nəbiyevin Patrik Dumbe ilə qarşılaşmasına maddi və təşkilati dəstək edilib. Paris, Fransa, 22.06.2019
31. Araz Məmmədov və Samir Abdullayevin Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə təşkil edilən beynəlxalq turnirdə iştirakına maddi və mənəvi dəstək. Bakı, Azərbaycan 15.08.2019
32. Rusiya azərbaycanlıları İttifaqı adından rinqə çıxan özbək əsilli Şer Mamazulunovun beynəlxalq turnirdə iştirakına maddi və mənəvi dəstək. Kazan, Rusiya
33. Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında diplomatik münasibətlərin 70 illiyinə həsr olunan kikboqsinq üzrə Moskvada keçrilən beynəlxalq turnirdə Xəyal Canıyev iştirakına maddi və təşkilati dəstək 20.10.2019 Moskva, Rusiya

Milli maraqların müdafiəsi

Rusiya azərbaycanlıları İttifaqı separatçılığa, milli qarşıdurmaya qarşı mübarizəni təkcə müvafiq qurumların məsuliyyətinə buraxmayıb. RAİ Rusiyada milli münaqişə yaratmaq istəyən qüvvələrə qarşı mübarizə aparmaqla dəfələrlə bu kimi təxribatlara qarşı bəyanatlar və müraciətlər edib.
34. Meqafon mobil operatorunun Azərbaycanın ərazi bütövlüyünü pozması ilə bağlı bəyanat
35. Rusiya Xarici İşlər Nazirliyinə və Rusiya Mədəniyyət Nazirliyinə erməni separatçılarının Rusiya təmsilçiləri ilə bərabər Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağ haqqında film çəkməkləri ilə bağlı müraciət
36. Dövlət Dumasının deputatı Konstantin Zatulinin növbəti təxribatı ilə əlaqədar bəyanat
37. Krımda «Artsax» adlı rəqs ansamblının konsertini təxirə salmaq məqsədilə müraciət və Rusiyanın müvafiq instansiyalarına etiraz məktubları

Həmvətənlilərlərlə iş

RAİ insan haqqları sahəsində baş verən insidentlərə laqeyd olmayaraq, diaspor üzvlərinin hüquqlarının müdafiəsi işində xüsusi fəallığıyla seçilib.
38. Rusiya Azərbaycanlıları İttifaqının Dağıstandakı təmsilçisinin oğlu Rauf Əzizovun həbsi ilə bağlı RAİ rəhbərliyi dəfələrlə KİV də çıxışlar edib. RAİ prezidenti Fizuli Məmmədov Rauf Əzizova açılan cinayət işinin saxta olduğunu bildirib. Təşkilat Rauf Əzizovun haqqlarının müdafiə komitəsini yaradıb. Davamlı sivil mübarizənin nəticəsi olaraq Rauf Əzizova bəraət verilərək o azadlığa buraxılıb. Dağıstandakı diaspor təşkilatının rəhbəri oğlunun azadlığa çıxdığı gün ədalətin zəfər çalmasına görə ilk növbədə Fizuli Məmmədova minnətdarlığını bildirib.
39. Hüseyn xan Naxçıvansiyə Sankt Petrburqda ucaldılacaq heykəllə bağlı duruma da RAİ reaksiya verməklə vacib problemi gündəmə gətirib. Hüseyn xanın heykəli hazır olsa da, ancaq dövlət tərəfindən ayrılmış xərclərin ünvanına çatmamasını bilən RAİ rəhbərliyi şəxsi vəsaiti hesabına Hüseyn xanın heykəlini ucaltmaq təşəbbüsünü irəli sürüb. Təşkilatın bəyanatı həm də bu işdə səlahiyyətli olan Azərbaycanın Rusiyadakı Səfirliyini də hərəkətə gətirərək sonuncunun məsələyə aydınlıq gətirən açıqlamasına səbəb olub.
40. Rusiyada ümummilli dəyərlərlə bərabər, region amilinin də birləşdirici rol oynadığını nəzərə alan RAİ rəhbərliyi Moskvada Azərbaycanın müxtəlif rayonlarındadan olan iş adamları ilə görüşlər keçirib.

KİV lə əməkdaşlıq

41. Rusiya azərbaycanlıları İttifaqının azərbaycan və rus dillərində rusazunion.ru portalı fəaliyyət göstərir. RAİ nin fəaliyyətini Dünya azərbaycanlıları İttifaqı və Ümumdünya Azərbaycan mədəniyyət Fondu da işıqlandırır. Təşkilatın fəaliyyəti Azərbaycan və Rusiya KİV – nin də diqqət mərkəzindədir. Media sahəsində uğurlardan biri də RAİ ilə Müsavat Media qrupu arasındakı əməkdaşlıq münasibətləridir. RAİ nin fəaliyyəti ardıcıl olaraq Müsavat Media qrupuna aid musavat.com, minval.az və musavat.tv onlayn resurslarında əks olunur.
42. RAİ nin Müsavatın 30 illik silsilə yubiley mərasimlərinə qatılmsı da KİV lə uğurlu əməkdaşlıq səhifələrindən sayılır.
RAİ nin fəaliyyəti Azərbaycanın populyar yeni sosial mediasının da gündəminə daxil olur. Təşkilatın nümayəndələri mütəmadi olaraq populyar « 13 – cü kanal», «Yeni kanal» и «Turan TV», «Paxlava Prodakshn» kimi multimedia layihələrinin qonağı olur. Feysbukdakı reytinqli səhifərlərdə davamlı olaraq RAİ haqda materiallar paylaşılır.

RAİ haqda Rusiya mətbuatında da yazılır və onun tədbirlərinə, bəyanatlarına istinadlar edilir. Təşkilatın fəaliyyəti dəfələrlə mediafax.ru, pravda.ru, kavkazuzel.ru redaksiyalarının diqqətini cəlb edib. Yandeksin bloqlarında Rusiya azərbaycanlıları İttifaqının fəaliyyətindən bəhs edilən yazıllar yayımlanıb.

RAİ gələcəkdə də öz Media Quprunu təsis etmək və youtube üzərindən peşəkar telelayihə yaratmağı nəzərdə tutub.

Rusiya azərbaycanlıları İttifaqı Rusiyadakı Azərbaycan diasporunun inkişafında yeni layihə və yeni perspektivlər deməkdir. Yarım il böyük zaman deyil, amma bu gün əminliklə demək olar ki, RAİ Rusiyadakı ictimai landşaftın hissəsidir və Azərbaycan diasporunun həyatında onun məxsusi yeri var.

Əlbəttə, RAİ əldə etdiyi nailiyyətlərlə fəaliyyətini məhdudlaşdırmaq istəmir. Məqsədimiz Azərbaycan diasporunu birləşdirmək yolu ilə Azərbaycana çoxşahəli dəstək vermək, azərbaycanlıların vətəndaşı olduqları Rusiya Federasiyasının inkişafında iştirakının genişlənməsinə yardımcı olmaqdır. Rusiya azərbaycanlıları İttifaqı üçün böyük mahiyyət kəsb edən işlərdən biri də Rusiya – Azərbaycan strateji əməkdaşlığında lobbist struktur olamaqla ikitərəfli əlaqələrin möhkəmlənməsinə öz xidmətdir.

Xosrov
OXŞAR MÖVZULAR