Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmirinə 3,9 milyon manat ayrılıb



Newscenter.az.27.11.2019. Prezident İlham Əliyev noyabrın 27-də “Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon manat ayrılıb.
Xəbəri paylaş