Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Texniki nasazlıq sərnişin qatarlarının hərəkərində problem yaratdı



Newscenter.az.5.12.2019. Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən Newscenter.az-a bildirilib ki, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb.

Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

Anar
Xəbəri paylaş