Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Kaspersky”: Potensial çitlərin 42%-də təhlükə var



Newscenter.az.29.11.2019. Kiber idman və onlayn oyunlar sahəsində təhlükələrə qarşı birgə mübarizə çərçivəsində “Kaspersky Anti-Cheat” və “Warface MY.GAMES” şirkətləri tərəfindən hazırlanmış "Onlayn oyunlarda çitlərdən istifadə zamanı təhlükəsizlik riskləri" adlı tədqiqatın nəticələri təqdim olunub. Mütəxəssislər “Warface” oyunundan istifadə edərək çit proqramlarında təhlükəsizlik təhdidlərinin yayılmasını təhlil ediblər.

Newscenter.az xəbər verir ki. “Kaspersky”nin virus analitiklərinin gəldiyi nəticəyə görə, açıq olan potensial çitlərin 42%-də kompüterlər üçün təhlükəsizlik təhdidləri mövcuddur.

● 41% – potensial təhlükəli reklam proqram təminatı. Əsas fayldan başqa, həm də ziyanverici proqram yükləyir.
● 9% – stiler troyan proqramları istifadəçinin kompüterindən şifrə və digər şəxsi məlumatları oğurlayır.
● 5% – arzuolunmaz proqram təminatı zərərverici olmasa da, kompüterin iş sürətini aşağı salır.
● 4% – kompüteri kənardan gizli şəkildə idarə etmək üçün quraşdırılmış bekdorlardır.
● 41% – troyan ailəsinə daxil olan digər zərərvericilərdir.

“MY.GAMES” şirkətinin müdafiə şöbəsinin mütəxəssisləri “Warface” oyunu üçün potensial çitlərin iş mexanizmi və mürəkkəbliyinə görə 4 növünü müəyyən ediblər. Eləcə də hər bir kateqoriya üçün çitlərin seçimini tərtib ediblər. Son nəticələr “Warface” oyunundakı hər kateqoriyaya görə illik məhdudiyyətlərin statistikasına görə tərtib olunub və tərkibində 53 unikal çit növü var:

● Sadə çitlər (13%) - oyun daxilində faəliyyət göstərir.
● Orta mürəkkəblik səviyyəsi (17%) – digər prosesin daxilində fəaliyyət göstərirlər və müştərinin oyununa müxtəlif drayverlər vasitəsilə müdaxilə edirlər.
● Yüksək mürəkkəblik səviyyəsi (4%) – digər prosesin daxilində fəaliyyət göstərirlər və müştərinin oyununa əməliyyat sisteminə quraşdırılmış proqramlar vasitəsilə müdaxilə edirlər.
● 0 qrupu (66%) – bura çit kimi görünsə də daxilində heç bir çit olmayan saxta fayllar daxildir.

Mütəxəssislərin hesablamalarına görə, ən populyar çitlərdə hər iki fayldan birində təhlükə mövcuddur. Çitin işlək mexanizminin mürəkkəbləşdirilməsi təhlükə ilə qarşılaşma ehtimalını azaldır, lakin təhlükənin özünün daha da təhlükəli olma riskini artırır.

“Oyundakı çitlər virus kimi işləyir - onları aşkarlamaq və təhlil etmək imkanlarını məhdudlaşdırır, öz kodlarını yeridir, oyun alqoritmlərinin dəyişdirilməsi məlumatlarını ələ keçirirlər. “Kaspersky”in bu cür mexanizmlərlə işləməkdə böyük təcrübəsi var, biz kiber sahəni yalnız viruslardan təmizlənməmirik, eləcə də oyun aləmini çiterlərdən qoruyuruq", - bunu “Kaspersky Anti-Cheat” layihəsinin rəhbəri Anton Selıxov deyib.

"Onlayn oyunlarda çitlərin istifadə olunması mürəkkəb problemdir və bizim “Kaspersky” şirkəti ilə birgə apardığımız araşdırmalar bunu sübut edir. İnanırıq ki, istifadəçilərin təhlükəsizlik təhdidləri barədə mütəmadi məlumatlandırılması onlardan istifadənin azalmasına səbəb olacaq", - bunu “Warface” in prodüsseri Yevgeniy Parinov deyib.

Xəbəri paylaş