Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada 900-dən çox evə qaz verilib



Newscenter.az.29.11.2019. Quba rayonunun Əliməmmədoba, Çaydüzü, Hacıhüseynli kəndləri və Gənclər qəsəbəsinin qazlaşdırılması istiqamətində işlər başa çatdırılıb və bu gün həmin ərazilərə təbii qazın verilişi təmin olunub.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, qazlaşdırma işləri üçün Əliməmmədoba kəndində 16 902 metr, Çaydüzü kəndində 5299 metr, Hacıhüseynli kəndində 31 255 metr, Gənclər qəsəbəsində isə 9907 metr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, hər bir ev fərdi tənzimləyici və qaz sayğacı ilə təmin olunub. Qeyd edək ki, Əliməmmədoba kəndində 248, Çaydüzü kəndində 65, Hacıhüseynli kəndində 488, Gənclər qəsəbəsində 106 fərdi yaşayış evi bu gündən etibarən təbii qazdan istifadə edəcək.

Onu da qeyd edək ki, bu gün Quba rayonunda “Barlı” Qaz Tənzimləyici Məntəqəsi (QTM) də istifadəyə verilib. Hələlik bu məntəqə 5 kəndin qaz təchizatına xidmət göstərir. Lakin perspektivdə Quba rayonundan 19 km aralıda, Xaçmaz rayonu istiqamətində digər kəndlərin də bu QTM-ə qoşulma imkanları olacaq. Bu isə rayonda qaz təchizatının texnoloji rejimdə tənzimlənməsi, eləcə də dayanıqlı şəkildə abonentlərə çatdırılmasına şərait yaradacaq.

Zaur
Xəbəri paylaş