Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev Birinci vitse-prezident haqqında kitab yazdı



Newscenter.az.29.11.2019. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin yeni kitabı işıq üzü görüb.

Newscenter.az xəbər verir ki, Vaqif Abdullayevin bu dəfəki əsəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, YUNSEKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya həsr edilib.

"Azərbaycanın Mehriban siması" adlı kitabın elmi redaktoru akademik Nizami Cəfərovdur. 5 fəsildən ibarət olan kitabda müəllif Mehriban xanım Əliyevanın ictimai və siyasi fəaliyyəti, Azərbaycan dövləti qarşısındakı xidmətləri, eləcə də Onun xeyirxahlıq missiyasından geniş bəhs edir.

Xosrov
Xəbəri paylaş