Impera

XƏBƏR LENTİ
14:42“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.11:12Ermənilər indi də kətəni erməniləşdirirlər10:48Heydər Əliyev Fondu vaxtaşırı köməyə ehtiyacı olan ölkə vətəndaşlarının müalicəsinə kömək edir10:21Kasiim Soleimani sindromu10:00Dünya İranın cavab aksiyasına hazırlaşır09:21AQTA-dan spirtli içkilərlə bağlı əhaliyə müraciət09:00Vaşinqtonun siyasəti effekt verməyəcək08:08Azərbaycanın Rusiyadakı səfirliyində nə baş verir? - ŞOK VİDEO15:50Bakının 17 qəsəbəsinin daxili yolları təmir edilir15:202020-ci il Azərbaycanda “Könüllülər ili” elan edilib15:14Cəbhəboyu zonada növbəti yeni hərbi hissənin açılışı olub - VİDEO14:52Bibiheybət yolu sabah açılacaq14:24Paytaxt məktəblilərindən fərqli təşəbbüs-VIDEO13:51Son bir həftədə 13 nəfər spirtli içkidən zəhərlənib, onlardan 4-ü ölüb13:10Bayram günlərinin hava proqnozu açıqlanıb12:31Prezident Bakının daha bir parkında aparılan yenidənqurma işləri ilə tanış oldu11:42Azərbaycan sərhədini pozan Pakistan və Əlcəzair vətəndaşları saxlanılıb11:02Üç müsabiqə üzrə qaliblər mükafatlandırılıb10:24Azərbaycan Ordusunun hərbi hissələrində “Açıq qapı günü” keçirilir10:00TƏBİB-ə yeni mətbuat katibi təyin edildi09:45Bayram günləri marşrut avtobusları saat 1-dək fəaliyyət göstərəcək09:32Atəşkəs rejimi 22 dəfə pozulub09:00Dövlət Komitəsi Füzulidən olan məcburi köçkünün müraciətinə reaksiya verdi14:26"Aşıq Şəmşir" Mədəniyyət Ocağı Məmməd Aslanın 80 illik yubileyini qeyd edib14:00ASAN Xidmətdə 26 dövlət qulluqçusu and içdi13:45“Türkiyənin bu addımı böyük gərginlik yaradacaq” – Rus general13:30Azərbaycanın hərbi aviasiya parkı işğalçı ölkə üzərində əzici qüvvəyə malikdir13:00Ölkədə qazlaşma səviyyəsi 96 faizə çatdi12:45“AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi Daşkəsəndə sakinlərlə görüşüb12:30288 nəfər təhsil işçisi təltif edilib12:00Rəqabətə davamsızlıqlarını ört-basdır etmək üçün sadəcə bəhanə lazımdır11:45“Kaspersky” şirkəti azərbaycanlı təqaüdçüləri və onların doğmalarını ayıq-sayıq olmağa çağırır11:30BMU tələbələrindən maraqlı layihə11:00Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədov Dünya Azərbaycanlılarını Yeni İl münasibətilə təbrik etdi10:45BNA yol nişanları ilə bağlı ittihamlara aydınlıq gətirdi10:30Respublikanın şimal bölgəsində payızlıq taxıl əkinlərinin mövcud vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib10:00Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqlar bayram günləri işləməyəcək09:45Kürdəmirdə 563 məcburi köçkün ailəsi üçün yeni yaşayış kompleksi istifadəyə verilib09:30Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq09:00İki yeni marşrut xətti təşkil edilib08:45Voleybolçu qızlarımız Türkiyəyə yola düşüb08:30AQTA-dan spirtli içkilərlə bağlı xəbərdarlıq19:00Nazir müavini: “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində 430 mindən artıq fermer qeydiyyatdan keçib”18:30AQTA quş qripi ilə bağlı epizootoloji monitorinqlər keçirib18:11Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb17:45Büdcə sistemi ilə bağlı tələbələrlə görüş keçirilib17:41Prezident İlham Əliyev Sankt-Peterburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri ilə görüşüb17:19Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib17:10Bakı məktəbliləri “Olimpiya Hərəkatı - 2019” proqramında çıxış edib17:00Bakı metropoliteninin müasir tipli qatarlarını "Metrovaqonmaş-Servis" təmir edəcək16:50Energetika naziri vətəndaşları qəbul edib16:40“Azərsu ” Bakıda yeni layihəyə başlayır16:32Xəzər rayonunda 471 fərdi yaşayış evinə təbii qaz verilib16:27Prezident İlham Əliyev Rusiya Federasiyasında səfərdədir15:38BMU-da müəllimlərin işə qəbulu prosesi ilə bağlı seminar və ilk təqdimat15:23Rövşən Rzayev məcburi köçkünləri qəbul edib15:07Agentlik rəhbərliyi vətəndaşları qəbul edib15:03Qərb bölgəsində heyvanların süni mayalandırılmasının daha səmərəli təşkili müzakirə olunub14:24Sabah hava yağmursuz keçəcək14:06Kaspersky” texnoloji mövzulara həsr olunan ilk qısametrajlı film festivalı keçirəcək13:50Vətəndaşlar qəbul edilib12:08Bu il BNA-ya 9084 vətəndaş müraciəti daxil olub11:56“Sofra” restoranının fəaliyyəti məhdudlaşdırıldı11:45Prezident korrupsiyaya yol verən icra başçısını vəzifədən azad edib11:37İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislər üçün keçirilən “CTF 2019” müsabiqəsinin qalibləri müəyyən edilib11:21Ərəb ölkələrinin səfirləri Bakı Avrasiya Universitetində olub10:51AQTA ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçıları prosesdə fəal iştiraka çağırdı10:33Təhsil işçiləri təltif edilib09:22Atəşkəs rejimi 20 dəfə pozulub16:17Beynəlxalq Miqrasiya Gününü qeyd edilib16:07Dövlətin məqsədi odur ki, “Böyük Qayıdış” proqramı tam olaraq icra olunsun15:35Azərbaycan nümayəndə heyəti Türkiyədə keçirilən VII ECO Regional Toxum Ticarəti Konqresində iştirak edib15:19Paytaxtın ümumi təhsil müəssisələrində 441 077 şagirdin təlim-tərbiyəsi ilə 27 192 nəfər müəllim məşğul olur14:54YAP-da nə baş verir?14:38Orta məktəblər voleybol idman növü üçün lazım olan avadanlıqlarla təmin olunacaq14:08Prezident müşavirə keçirdi13:49Narkotik vasitəni avtomobilin mühərrikxanasında gizlətdi-VİDEO13:39YAP-ın rayon təşkilatının sədri HƏBS OLUNDU13:14Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib12:59“ASAN xidmət”ə 35 milyonuncu müraciət12:31Azərbaycanda icra başçısı HƏBS OLUNDU11:48Keşlə qəsəbəsinə içməli su məhdudiyyətlə veriləcək11:00“Azəriqaz” ilin şirkəti seçildi10:52Nazirlər Kabinetinin “Aqrar sığorta predmetinin Tərkibi”nin təsdiq edilməsi haqqında QƏRARI – İZAH10:1711 ay ərzində 267 km uzunluğunda qəsəbədaxili küçə və yol təmir edilib09:39Düşmən 21 dəfə atəşkəsi pozub08:00Paytaxtda sürət həddi endirildi07:02Nümayəndələr Palatası Donald Trampın impiçmentinə səs verib17:38Beynəlxalq idman yarışlarında qazanılan nailiyyətlər17:13“Carlsberg Azerbaijan” və Azərbaycan Dövlət İqtisad Universiteti vergi siyasətinə dair dəyirmi masa keçirdilər16:48“Mən Azərbaycanlıyam“ adlı milli bilik yarışması16:23BMU-da Məhəmməd Hadinin 140 illiyinə həsr edilmiş poeziya söhbətləri15:36Azərbaycanda aqroekoturizm inkişaf etdirilir15:21“Dövlət idarəçiliyində böyük həcmli məlumatlar (Big Data)” mövzusunda seminar keçirilib15:04Pambıq qəbulu məntəqələrinə bu günədək 295 min tonadək məhsul təhvil verilib14:34AQTA qida məhsullarının idxal prosesi ilə bağlı videoçarx hazırlayıb-VİDEO13:49LG Electronics OLED televizor istehsalında dünya lideridir13:38Azərbaycan hökuməti və BMT-nin yeni proqramı başlayıb13:24Azərbaycanlı şagird dünya olimpiadasının üçüncüsü oldu13:10AAYDA-nın fəhləsi dünya çempionatında birinci oldu
BÜTÜN XƏBƏRLƏR
Ocak 2020 (8)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)

«    Aralık 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Qanunvericilik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı bir sıra dəyişiklikləri də nəzərdə tutur

03 Dekabr 2019, 13:28   


Newscenter.az.3.12.2019. Dekabrın 3-də Vergilər Nazirliyində Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərin əsas istiqamətləri ilə bağlı brifinq keçirilib. Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi Samirə Musayeva Məcəlləyə əlavə və dəyişikliklərin əsas məzmunu, başlıca istiqamətləri, iqtisadi hədəfləri və alətləri haqqında kütləvi informasiya vasitələrinin nümayəndələrinə ətraflı məlumat verib.

Newscenter.az-ın xəbərinə görə, bildirilib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bu günkü tələblərinə uyğun olaraq təkmilləşdirilir. Ölkədə sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə dəyişikliklər layihəsi hazırlanıb və qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib. Qanun ölkə Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Qeyd olunub ki, Vergi Məcəlləsinə dəyişiklikləri iqtisadi hədəflər və islahatın məqsədləri baxımından 7 əsas istiqamət üzrə təsnifləşdirmək olar. Bunlar - bərabər və şəffaf fiskal mühitin təmin edilməsi; ƏDV inzibatçılığının təkmilləşdirilməsi; sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi; sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması; sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi; beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi kimi məqsədləri əhatə edir.

S.Musayeva ədalətli rəqabətin şərti kimibərabər və şəffaf fiskal mühitin təmin edilməsinin əsas məqsədlərdən biri olduğunu və bu hədəf qrupu üzrə müəyyən edilmiş dəyişikliklərin şərti olaraq 3istiqaməti əhatə edəcəyini diqqətə çatdırıb. Bunlar - əmtəəsiz əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin aparılması; riskli vergi ödəyicilərinə nəzarətin gücləndirilməsi və vergidən yayınma hallarına qarşı mübarizənin genişləndirilməsini əhatə edir.

Bildirilib ki, qanunvericiliyə edilmiş dəyişikliklər əmtəəsiz və riskli əməliyyatlar aparan vergi ödəyicilərinə qarşı mübarizənin gücləndirilməsi, habelə bu cür əməliyyatların vergiyə cəlb olunması ilə bağlı kompleks tədbirləri özündə əks etdirən bir sıra müddəaları nəzərdə tutur. Qanunvericilik əmtəəsiz əməliyyatlar üzrə yaranan vergi öhdəliklərinin benefisiar (faydalanan) şəxsin üzərinə qoyulması, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində əldə olunmuş sənədlərin gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilməməsi, əmtəəsiz və riskli əməliyyatlar çərçivəsində aparılan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməməsi ilə bağlı dəyişiklikləri özündə əks etdirir.
Məcəlləyə dəyişikliklərdə riskli vergi ödəyicilərinin meyarlarının müəyyən edilməsi ilə bağlı hüquqi bazanın yaradılması nəzərdə tutulub. Ümumiyyətlə, riskli vergi ödəyicilərinə münasibətdə bir sıra kompleks məhdudlaşdırmalar tətbiq ediləcək. Belə ki, riskli vergi ödəyiciləri barədə məlumatlar kommersiya və vergi sirri olmayan məlumat hesab ediləcək, vergi ödəyicisi riskli vergi ödəyicisi meyarına uyğun gəldiyi halda, bu hal onda növbədənkənar səyyar vergi yoxlamasının və operativ vergi nəzarəti tədbirinin aparılmasına əsas kimi müəyyən ediləcək. Bununla yanaşı, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda, vergi orqanı vergini onun ödənildiyi tarixədək hesablamaq hüququna malik olacaq, belə ödəyicilərə münasibətdə vergi öhdəliyinin yerinə yetirilməsi müddəti uzadılmayacaq, həmçinin həmin ödəyicilərin artıq ödənilmiş vəsaitii vergi ödəyicisinin fəaliyyəti üzrə vergi nəzarəti tədbirləri tam başa çatdıqdan sonra qaytarılacaq və riskli əməliyyatların rəsmiləşdirildiyi sənədlər əvəzləşdirilməyə əsas verən sənəd hesab edilməyəcək.

Vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyişikliklər belə hallara qarşı vergi qanunvericiliyinin müddəalarının bir qədər də sərtləşdirilməsini ehtiva edir. Dəyişikliklərdə POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmasından və nağdsız ödənişlərin qəbul olunmasından imtina hallarına görə maliyyə sanksiyalarının tətbiqi yer alıb. Bundan başqa, ƏDV ödəyicilərinin bank hesabları üzrə aparılmış əməliyyatları barədə məlumatların elektron formada banklar tərəfindən aylıq olaraq dövlət vergi orqanlarına təqdim edilməsi, vergilərin azaldılmasına və digər vergi hüquqpozmalarına görə maliyyə sanksiyanın tətbiqi üçün əsas yaradan müvafiq sənədləşmə tələblərinin dəqiqləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı vergiyə cəlb olunan gəlirlərin müəyyən edilməsi mexanizminin aydınlaşdırılması və vergi nəzarətinin təkmilləşdirilməsi bu dəyişikliklərə aiddir.

ƏDV inzibatçılığının təkmilləşdirilməsi istiqamətinə toxunan S.Musayeva qarşıdakı ildən etibarən ƏDV-nin kassa metodu əsasında hesablanmasının mütərəqqi yenilik olduğunu diqqətə çatdıraraq qeyd edib ki, dəyişikliyə qədər mövcud olan qayda ƏDV ödəyicilərinə inzibatçılığın qurulmasında çətinliyin yaranmasına və maliyyə yükü ilə üzləşməsinə səbəb olurdu. Belə ki, ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsinin qanunla müəyyən olunmuş bir neçə halla şərtləndirilməsi ƏDV inzibatçılığını mürəkkəbləşdirir və vergi ödəyicisinə ƏDV tutulan əməliyyatın vaxtının müəyyən edilməsində çətinliklər yaradırdı. Eyni zamanda, bir çox hallarda təqdim edilmiş malların (işlərin, xidmətlərin) tam dəyəri alıcı tərəfindən ödənilmədiyi halda (və yaxud 30 gündən sonra ödənildiyi hallarda), satıcı daxil olmayan pul vəsaitinə görə ƏDV hesablamağa və ödəməyə borclu idi ki, bu da vergi ödəyicisinin maliyyə yükünü artırmış olurdu. Yeni dəyişikliklər isə ƏDV ödəyiciləri tərəfindən ƏDV tutulan əməliyyatın vaxtının müəyyən olunmasında inzibatçılığı əhəmiyyətli dərəcədə yüngülləşdirməklə yanaşı, vergi ödəyicisinin maliyyə vəsaitinə qənaət etməsinə gətirib çıxaracaq.

Bu istiqamət ƏDV inzibatçılığı ilə bağlı bir neçə dəyişikliyi özündə əks etdirir. Bunlar - ƏDV tutulan əməliyyatın vaxtının təqdim edilmiş mala (işə, xidmətə) görə pul vəsaitinin vergi ödəyicisinin sərəncamına daxil olduğu vaxtla müəyyən edilməsi; ƏDV tutulan əməliyyatlar üzrə ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi hallarının və vaxtının dəqiqləşdirilməsivə ödənilmiş ƏDV-nin elektron qaimə-faktura əsasında əvəzləşdirilməsi ilə bağlı yeniliklərdir.

Sahibkarların inzibatçılıq yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi istiqaməti üzrə Vergi Məcəlləsinə elektron vergi hesab-fakturasının və elektron qaimə-fakturanın vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilməsi, vergi orqanında uçotda olmayan şəxslərdən alınmış mallara görə tərtib edilən “Malların alış aktı” ciddi hesabat blankının elektronlaşdırılması, agent qaydasında aparılan əməliyyatlar üzrə sənədləşmənin çevik tənzimlənməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.

Sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə (vergi) yükünün azaldılması istiqaməti vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi daşıyır. Belə ki, quş əti satışının ƏDV-dən azadolma müddətinin daha 4 il müddətinə uzadılması, habelə heyvan ətinin satışının 4 il ərzində ƏDV-dən azad edilməsi, fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddətinin 3 təqvim ilinə endirilməsi, fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetrinin istisnasız olaraq vergidən azad edilməsi bu qəbildən olan dəyişikliklərdir. Bundan başqa, peşə təhsili müəssisələri üçün dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətinin ƏDV-dən azad edilməsi, icbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi sığorta xidmətlərinin göstərilməsinin 1 il müddətinə ƏDV-dən azad edilməsi, fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizinin həmin fiziki şəxslərə qaytarılması da sosial xarakterli güzəştlərə aiddir.

Qanunvericilik sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması ilə bağlı bir sıra dəyişiklikləri də nəzərdə tutur. Qeyd olunub ki, sabit qəbz almaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, ixracın təşviqi məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, vergi ödəyicisi tərəfindən quraşdırılan yeni nəsil nəzarət-kassa aparatına çəkilən xərclərin müəyyən olunmuş hədd daxilində onun vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması bu qəbildən olan dəyişikliklərdəndir.

Vergitutma bazasının genişləndirilməsini hədəf götürən əsas dəyişiklikləraksizli mallar və bina tikintisi ilə bağlı yenilikləri nəzərdə tutur. Bir sıra aksizli malların aksiz dərəcələrinin artırılması, digər malların aksiz dərəcələrinin isə optimallaşdırılması,habelə tündləşdirilməmiş alkoqollu içkilərin aksizli malların siyahısına əlavə edilməsi və aksizli mallar üzərində vergi nəzarətinin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər bu qəbildəndir. Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergitutuma metodunun ləğv edilməsi və həmin şəxslərin vahid vergi rejimində fəaliyyət göstərməsinin təmin olunması, hüquqi şəxslər tərəfindən mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunmasının ləğv edilməsi və həmin əməliyyatların ƏDV-yə və mənfəət vergisinə cəlb olunması da vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək.

S.Musayeva, həmçinin, qanunvericiliyə beynəlxalq vergitutma və məlumat mübadiləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı edilmiş mühüm dəyişikliklər barədə də məlumat verib. Bildirilib ki, Vergi Məcəlləsinə ilk dəfə olaraq Transmilli Şirkətlər Qrupu anlayışı daxil edilib və bu qrupa daxil olan rezident müəssisə tərəfindən müəyyən şərtlər daxilində vergi orqanına hesabat təqdim edilməsi müəyyən olunacaq. Dəyişikliklərə əsasən, beynəlxalq müqavilələrdə və sazişlərdə nəzərdə tutulduğu hallarda, Azərbaycanın dövlət vergi orqanları ilə digər dövlətin vergi orqanları tərəfindən Azərbaycanda və ya həmin digər dövlətdə fəaliyyət göstərən vergi ödəyicisində birgə vergi yoxlamalarının aparılması, həmçinin beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, xarici dövlətlərin vergi orqanlarının müraciətinə əsasən, həmin xarici dövlətdə yaranmış vergi borcunun alınmasının birgə təşkili nəzərdə tutulur.
Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Zaur
OXŞAR MÖVZULAR