Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu küçədə hərəkət məhdudlaşdırılır



Newscenter.az.5.12.2019. Bakının Səbail rayonunun Abbasqulu Abbaszadə küçəsinin Badamdar şossesi ilə orta məktəb arasında yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

Newscenter.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq, alternativ yollardan istifadə etmələri tövsiyə olunur. AAYDA yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir", - deyə qurum bəyan edib.

Anar
Xəbəri paylaş