Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə 342 fərdi yaşayış evinə qaz verilib

Şəmkirdə 342 fərdi yaşayış evinə qaz verilib


Newscenter.az.5.12.2019. Şəmkir şəhərində yeni yaşayış massivində qazlaşdırma işləri başa çatıb.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, bu gün 342 fərdi yaşayış evinə mavi yanacaq verilib. Qazlaşdırma işlərinin həyata keçirilməsi üçün ümumilikdə 33246.71 metr müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib. Yeni yaşayış massivində 342 evdə fərdi qaz tənzimləyicisi və qaz sayğacları quraşdırılıb.

Zaur
Xəbəri paylaş