Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda kənd təsərrüfatına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

 Bakıda kənd təsərrüfatına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək


Newscenter.az.16.12.2019. Azərbaycan Sahibkarlar Konfederasiyası ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) əməkdaşlığı çərçivəsində dekabrın 17-də “Azərbaycanda ərzaq və kənd təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından Newscenter.az-a bildirilib ki, konfransda Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri cənab Əli Əhmədovun, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab İnam Kərimovun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətləri naziri cənab Muxtar Babayevin, həmçinin digər əlaqədar dövlət orqanlarının, beynəlxalq təşkilatların, elm-təhsil müəssisələri nümayəndələrinin, sosial tərəfdaşların və sahibkarların iştirakı planlaşdırılır.

Zaur
Xəbəri paylaş