Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMU-nun yeni saytı istifadəyə verilib



Newscenter.az.16.12.2019. Bakı Mühəndislik Universitetinin (BMU) yeniinternet saytı (www.beu.edu.az) istifadəyə verilib. Yeni saytın dizaynı modern üsluba uyğun olaraq hazırlanıb, eyni zamanda saytın yüksək texniki imkanları, geniş funksionallığı var. Saytın proqram təminatı sistemi müvafiq dövlət qurumlarının müəyyən etdiyi elektron təhlükəsizlik meyarlarına uyğun olaraq yaradılıb.

Newscenter.az-a təhsil ocağından bildirilib ki, universitetin idarəetmə strukturuna daxil olan sahələrin fəaliyyətləri, fakültələr, kafedralar, kitabxana, universitet xəbərləri, elm, ictimai fəaliyyət, məzun, elanlar bölməsi, həmçinin digər sahələrlə bağlı məlumatlar daha dolğun, əlçatan şəkildə sayta yerləşdirilib.

Ali təhsil ocağının fəaliyyətində şəffaflığın daha da təmin edilməsi, vətəndaş məmnunluğuna nail olmaq məqsədilə saytda rektorla əlaqə, Personal Məlumat Sistemi, Tələbə Məlumat Sistemi kimi yeni bölmələr də fəaliyyət göstərir.

Azərbaycan və ingilis dillərində xidmət göstərən saytda, texnopark, labarotoriyalar, tədris, elmi-tədqiqat, abituriyent, o cümlədən foto qalereya və BMU TV bölmələri də istifadəyə verilib.

R.Mehdiyeva
Xəbəri paylaş