Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA qida məhsullarının idxal prosesi ilə bağlı videoçarx hazırlayıb-VİDEO



Newscenter.az.18.12.2019. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərini davam etdirir. Agentlikdən Newscenter.az-a bildirilib ki, bu dəfə AQTA ölkəmizə idxal olunan qida məhsullarının idxal prosesi ilə bağlı videoçarx hazırlayıb. Maarifləndirici videoçarxda ölkəmizə idxal edilən qida məhsullarının Agentlik tərəfindən risk əsaslı ekspertizaya cəlb olunduğu, məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələr cəlb edildiyi öz əksini tapıb.

Eyni zamanda laborator müayinələrin nəticələrinə görə müvafiq tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılır. Bundan başqa videoçarxda sahibkarlara idxal etdikləri məhsulların qanunvericiliyin tələblərinə uyğun olmasına və təhlükəsizlik göstəriciləri ilə bağlı məhsulu müşayiət edən sənədlərlə təmin olunmasına görə məsuliyyət daşıdıqları vurğulanıb.

Qeyd edək ki, ölkəmizə idxal olunan qida məhsullarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət nəzarəti həyata keçirilir və Agentlik fəaliyyətə başladığı gündən bu sahədə geniş maarifləndirmə tədbirləri həyata keçirir.
AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına görə "EMA" MMC-yə təşəkkür edir.

Orxan
Xəbəri paylaş