Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səbail rayonun bu küçələrinə içməli su məhdudiyyətlə veriləcək



Newscenter.az.18.12.2019. Dekabrın 18-də gün ərzində paytaxtın Səbail rayonunun Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq. Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-dən daxil olub. Bildirilib ki, buna səbəb sözügedən küçələrdən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar görülən işlərdir.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Anar
Xəbəri paylaş