Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının 17 qəsəbəsinin daxili yolları təmir edilir



Newscenter.az.30.12.2019. Vətəndaşların gediş-gəlişində xüsusən payız-qış mövsümündə problemlər yaranan problemlərin aradan qaldırılması istiqaməində Bakı şəhərinin Sabunçu, Xəzər, Binəqədi və Suraxanı rayonlarının avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən rayon ərazilərində kompleks tədbirlər həyata keçirilir.

Newscenter.az-a Agentlikdən daxil olan məlumata görə, imzalanan sərəncamlara əsasən, Bakı şəhəri Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 3 mln.manat, Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədi ilə 8.7 mln.manat, Suraxanı rayonunun 17 800 əhalinin yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədi ilə ilkin olaraq 7.8 mln.manat, Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədi ilə ilkin olaraq 3 mln.manat ayrılıb.

Ölkə başçısının imzaladığı sözügedən sərəncamlar çərçivəsində, agentlik tərəfindən hazırda Sabunçu rayonunun Pirşağı, Zabrat, Ramana və Maştağa qəsəbələri ərazisində ümumi uzunluğu 14.5 km, Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində ümumi uzunluğu 30 km, Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsində ümumi uzunluğu 31.6 km və Xəzər rayonunun Binə, Buzovna, Qala, Mərdəkan, Şağan, Şüvəlan və Türkan qəsəbələri ərazisində 14.7 km olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 600 min kv.m-ə yaxındır.

Təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır.

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Tikinti norma və standartlarına uyğun şəkildə aparılan işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin şəxsi nəzarəti altındadır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Qeyd olunan ərazilərdə təmir işlərinin həcmi ilkin olaraq ayrılmış vəsait hesabına aparılır. Növbəti mərhələlərdə ayrılan vəsaitə uyğun olaraq, sözügedən qəsəbələr üzrə təmirə ehtiyacı olan digər küçə və yollarda da təmir işlərinin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən cari nilin 11 ayı ərzində Sabunçu rayonunda 91.6 km uzunluğunda 567 min kv.m sahəyə, Binəqədi rayonunda 26.2 km uzunluğunda 272 min kv.m sahəyə, Xəzər rayonunda 51 km uzunluğunda 363 min kv.m sahəyə, Suraxanı rayonunda isə 14 km uzunluğunda 104 min kv.m sahəyə asfalt-beton örtüyü döşənib.

Ümumilikdə cari ilin 11 ayı ərzində Bakı şəhərinin 12 rayonu üzrə 267 km uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 mln 322 min 500 kv.m sahəsində asfaltlanma işləri aparılıb.

Bu çərçivədə tərtib olunmuş qrafikə uyğun, 2023-cü ilə qədər Bakı şəhərinin 60 qəsəbəsi üzrə 2200 km yolun təmiri planlaşdırılır.

Anar
Xəbəri paylaş