Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Üç müsabiqə üzrə qaliblər mükafatlandırılıb



Newscenter.az.30.12.2019. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ““Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq”, “Kiçik tədqiqatçılar” və “Gəlin tanış olaq!” müsabiqələri qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, mərasimdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdiri Rəşad Tağıyev qalib komandaları təbrik edib və belə müsabiqələrin keçirilməsinin şagirdlərin istedad və qabiliyyətlərinin inkişaf etdirilməsində, təlimə motivasiyasının yüksəldilməsində mühüm rolu olduğunu diqqətə çatdırıb.

Rəşad Tağıyev istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onları daim həvəsləndirmək, yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, şagirdlərində tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, onların məntiqi biliklərinin artmasına təkan vermək, məktəblilər arasında sağlam rəqabət mühiti yaratmaq məqsədilə Təhsil Nazirliyi və BŞTİ tərəfindən il ərzində bir çox müsabiqələr təşkil edildiyini bildirib.

İdarə müdiri tədris ili ərzində xüsusi bacarığa malik şagirdlərin aşkar olunması istiqamətində həyata keçirilən layihələrdən ““Kiçik Akademiya” üzvləri arasında tədqiqatçılıq”, “Kiçik tədqiqatçılar” və “Gəlin tanış olaq!” müsabiqələrinin mühüm yer tutuğunu diqqətə çatdırıb.

Müsabiqələrdə qalib gəlmiş komanda üzvlərinə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunub.

R.Mehdiyeva
Xəbəri paylaş