Impera

XƏBƏR LENTİ
15:19İnam Kərimov Ucarda vətəndaşları qəbul edib15:04Müəllim və valideynlər qəbul edilib14:55“ASAN Həyat” Bahar Festivalı keçiriləcək14:48Azərbaycanda ilk koronavirusa yoluxma faktı qeydə alındı14:26DGK rəhbərliyi vətəndaşları qəbul edib14:09Voleybolçular üçün festival keçiriləcək14:01“Novruz mühazirələri”nə başlanılır13:42Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olublar13:28Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib13:11Həftə sonu da hava küləkli olacaq12:54Paytaxtda qanunsuz fəaliyyət göstərən un məmulatlarının istehsalı müəssissənin fəaliyyəti məhdudlaşdırılıb12:45Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib12:36"Avroviziya-2020" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlandı12:24Kənd Təsərrüfatı Nazirliyi sisteminə daxil olan qurumlarda istehsalat təcrübəsinin təşkil olunması ilə bağlı təlim keçirilib12:11Güclü külək qaz xətlərini zədələyib12:05Prezident Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışında iştirak edib12:00Müəllim olmaq istəyənlərin nəzərinə11:51Prezident koronavirusa görə karantinə alındı11:43Coğrafi İnformasiya Sistemləri əsasında hazırlanmış interaktiv elektron torpaq xəritələrinin təqdimatı keçirilib11:36Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də11:32Mehriban Əliyeva bıçaqlanan qadınla bağlı tapşırıqlar verib11:25İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısında iştirak edib11:20Paytaxt məktəbliinin növbəti beynəlxalq uğuru11:05Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası başlayıb10:58SOCAR prezidenti Gürcüstan və Türkmənistan rəsmiləri ilə görüşüb10:45Keçən il ARDNF-nin büdcə gəlirləri 19 030,6 milyon manat olub10:40“Sevimli nəğmələr” mahnı müsabiqəsinə start verilib10:34Keçən il qaçqın və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılmasına 200 milyon manat vəsait ayrılıb10:01KOBİA və KOSGEB arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi: Birgə Fəaliyyət Planı təsdiqləndi09:56Bakı aeroportundan Belarusa uçan şəxsdə koronavirus aşkarlanıb09:38BTQ ilə hərəkət edən yük vaqonlarının sayı artırıla bilər08:29AQTA laboratoriyaları koronavirusla bağlı çağırışlara hazırdır08:00İdlibdə şəhid olan türk əsgərlərinin sayı 33-ə çatdı17:21Bakı metrosunun bütün stansiyalarında hərəkət bərpa edildi17:11Azərbaycanda koronavirusla bağlı son durum - VİDEO16:54Metronun 3 stansiyasında hərəkət dayandı16:30Müddətsiz əmək müqaviləsi əsasında işləmək istəyən müəllimlər üçün yeni imkan16:12Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyəti Energetika Nazirliyində olub15:45Zakir Həsənov Kaspşiklə Qarabağ probleminin həllini müzakirə edib15:34Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı-VİDEO15:28Prezident 3 generalı istefaya göndərib15:13Azərbaycanda müqavilə əsaslı təsərrüfatçılıq formalaşdırılır15:10Mübariz Qurbanlı İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri ilə görüşüb15:00Prezident 3 generalı təltif etdi14:00Hotellərə ulduzların verilməsi qaydaları açıqlanıb13:55“AgroHackathon 2020” müsabiqəsinin başlamasına dair mətbuat konfransı keçirilib13:50Energetika naziri ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşaviri ilə görüşüb13:41Bakıda insanların arasında atəş açan şəxs Mingəçevirdə məhv edildi13:17AQTA-dan yoluxucu xəstəliklərdən qorunmaq və onların yayılmasının qarşısını almaq üçün zəruri tövsiyələr12:50Keçən il 30 vaqon istismara verilib12:45Prezident İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul edib12:262266 tələbə köçürülməsinə icazə verildi12:13Dövlət Reklam Agentliyinin “İcazələr” sistemi “myGov” portalında12:02Rusiyanın Pyatiqorsk şəhərində Xocalı qətliamı anılıb-FOTOLAR11:46Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub11:35Türkiyə vətəndaşı Bakı aeroportunda öldü11:26Dövlət Turizm Agentliyi koronovirusla bağlı tədbirlər görür11:16İbtidai sinif şagirdləri üçün müsabiqə keçirilir10:58Gürcüstanda koronavirusun aşkarlanması ilə bağlı Azərbaycandan rəsmi açıqlama10:45Paytaxtın girişində tıxacın aradan qaldırılması üçün genişmiqyaslı işlər aparılır10:21Sabah “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək10:00Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar sığorta sahəsində əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb09:15Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:00YAP Rəfael Pəsiyevi cəzalandıracaq23:32Holllandiyadakı Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirildi-FOTOLAR23:00Gürcüstanda koronavirusa yoluxma aşkarlandı22:00Azərbaycanın hərbi nümayəndə heyəti İranda səfərdədir21:00BDU-nun 49 yaşlı müəllimi vəfat edib20:00Masallıdakı qətllə bağlı cinayət işi başlanıldı18:51ASAN könüllüləri Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar18:32Xocalı faciəsi ilə bağlı İKT-lab və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi maarifləndirici tədbir keçirib18:26Azərbaycanda 9 il əvvəl törədilən qətlin üstü açıldı18:04Türkiyə Naxçıvanla sərhədi açdı17:48AQTA saxta kərə yağı istehsal edən daha bir müəssisənin fəaliyyətini məhdudlaşdırdı17:45Azərbaycandan çıxışına qadağa qoyulan şəxs sərhədi qanunsuz keçərkən saxlanıldı17:41Bakıda zəncirvari qəza-3 nəfər öldü17:10BŞİH mitinqlə bağlı müraciətə cavab verdi16:56Binəqədi rayonunda qanunsuz fəaliyyət göstərən istehsal sexlərinin fəaliyyəti məhdudlaşdırılıb16:47Masallıda ailə faciəsi-həyat yoldaşı, qaynı və qaynanasını güllələdi16:39AQTA-da Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib16:10Apteklərdə tibbi maska qıtlığını kimlər yaradır? - ARAŞDIRMA15:53Möhkəm təməl üzərində qurulan sarsılmaz qardaşlığın təntənəsi15:16Məcburi köçkünlərdən “Xocalıya Ədalət” Kampaniyasına dəstək-VIDEO15:00Gənclər “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində təşkil edilən onlayn fəaliyyətlərə dəvət olunur14:50Bu gün koronavirusa görə Cəlilabadda xəstəxanaya 29 nəfər daxil olub14:15Ombudsman aparatının nümayəndələri Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olublar14:00Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik keçirilib13:53İranda koronavirusdan ölənlərin sayı 19-a çatdı13:36Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib13:28Məktəblərdə Xocalı soyqırımına dair silsilə tədbirlər13:18Sabah 17 dərəcə isti olacaq13:06Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub12:34İlham Əliyev ABŞ Dövlət katibinin enerji diplomatiyası üzrə müavininin müşavirini qəbul edib12:06BNA-da Xocalı qurbanları yad edilib11:50Torpaqla örtülən qaz kəmərləri dayaqlar üzərinə qaldırılır11:30Xocalı faciəsi bəşəriyyətin ən dəhşətli soyqırımlarından biridir - VİDEO11:15Güclü külək enerji xətlərinə ciddi ziyan vurub11:09İlk dərs və məşğələlər Xocalı soyqırımına həsr edilib11:01Məcburi köçkünlər üçün yeni binalar tikiləcək10:42Məktəblərdə ilk dərslər Xocalı soyqırımına həsr edilib
BÜTÜN XƏBƏRLƏR
Şubat 2020 (570)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Azərbaycanın turizm imkanları İsraildə təqdim olunur

11 Fevral 2020, 15:45   


Newscenter.az.11.02.2020. Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri İsrailin Təl-Əviv şəhərində keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2020) sərgisində iştirak edir.

Newscenter.az xəbər verir ki, sərgidə Azərbaycanı 80 kv. metrlik stendlə 4 hotel, 3 turoperator və “Dağ Yəhudiləri Muzeyi” təmsil edir.

Azərbaycan Turizm Bürosunun Baş İcraçı Direktorunun müavini Bəhruz Əsgərov bildirib ki, İsrail son illər turizm üzrə Azərbaycana maraq göstərən ölkələr arasında xüsusilə seçilir. O, İsrail bazarının Azərbaycan üçün vacibliyini qeyd edərək ötən illərlə müqayisədə israilli turistlərin sayında artım olduğunu və Azərbaycana marağı daha da artırmaq üçün yeni turizm məhsullarının hazırlandığını diqqətə çatdırıb: “Əminliklə demək olar ki, göstəricilər daha da artacaq, çünki zəngin turizm potensialı, Azərbaycandakı qədim yəhudi irsi, iki xalq arasında dostluq münasibətləri, qarşılıqlı maraqlar faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır”.

2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 66.8% artım deməkdir. Bu ilin yanvar ayında isə Azərbaycana 1722 İsrail vətəndaşı gəlib və bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 158% artım hesab olunur.

Azərbaycan Turizm Bürsounun Beynəlxalq bazarların idarəedilməsi departamentinin əməkdaşı Rüfət Sadıxov 2019-cu ildə də İsraildən olan bir sıra media nümayəndələri və turizm agentlikləri üçün inforturların təşkil olunduğunu, təbliğat tədbirlərinin bu il də davam etdiriləcəyini vurğulayıb. O əlavə edib ki, israilli turistlərin marağına səbəb olan əsas turizm növlərindən biri də sağlamlıq turizmidir və bu səbəbdən Qalaaltı, Duzdağ, Naftalan kimi sağlamlıq turizminin mövcud olduğu yerlər barəsində daha intensiv tədbirlər görüləcək.

Sərgi çərçivəsində İsraildə ilk dəfə “Dağ Yəhudiləri Muzeyi”nin təqdimatı da baş tutub. Bu barədə danışan muzeyin icraçı direktoru İqor Şaulov bildirib ki, Qubada yaradılan muzey artıq test rejimində fəaliyyətdədir və yaxın zamanlarda rəsmi açılışı baş tutacaq. Azərbaycan stendini ziyarət edənlər muzeyə və Azərbaycandakı yəhudi irsinə böyük maraq göstərirlər. Burada vətənimiz Azərbaycanı təmil etməklə Azərbaycan və İsrail xalqları arasında mövcud dostluq münasibətlərinə töhfə verməkdən çox məmnunuq”.

Qeyd edək ki, Qubada yerləşən “Qırmızı Qəsəbə” dünya üzrə dağ yəhudilərinin kompakt şəkildə yaşadığı yeganə məkan olaraq multikulturalizmin ən bariz nümunələrindən biri kimi əsrlərdir qorunub saxlanılır.

Azərbaycana olan maraq nəzərə alınaraq Azərbaycan Turizm Bürosu tərəfindən Bakı, Quba, Oğuz, İsmayıllı və yəhudi irsinin mövcud olduğu digər bölgələri əhatə edən turizm marşrutu hazırlanır.

Fevralın 12-dək davam edəcək sərgi çərçivəsində yerli və beynəlxalq turizm şirkətləri ilə, həmçinin İsrail turizm agentlikləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları qiymətləndirilir.

Azərbaycan stendində təmsil olunan "PAŞA Travel" şirkətinin Marketinq və ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Abdurəhmanova bildirib ki, ikitərəfli biznes əlaqələri üçün İsrail uğurlu və perspektivli istiqamətdir. “İsrailli turistlər aktiv istirahəti sevirlər, onlar təkcə Bakıya deyil, Azərbaycanın digər guşələrinə də səfərlər edirlər. İsrailli turistlər üçün bir sıra turizm məhsulları yaradılır ki, burada ivrit dilində bələdçi xidmətinin olması, koşer yeməkləri və digər məqamlar nəzərə alınır. Ötən il yəhudilərin Pesax bayramı zamanı israilli turistlərin Azərbaycana gəlməsini asanlaşdırmaq üçün 3 çarter reysi də təşkil etmişik”, deyə o əlavə edib.

1994-cü ildən bəri hər il keçirilən “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” sərgisinə ötən il 57 ölkədən 1870 iştirakçı qatılıb və sərgi 27 minə yaxın insan tərəfindən ziyarət edilib.
OXŞAR MÖVZULAR