Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hazir vətəndaşlarla görüşdü



Newscenter.az.14.02.2020. 14 fevral 2020-ci il tarixdə Gənclər və İdman naziri Azad Rəhimov Abşeron rayonunda 20-ə yaxın vətəndaşı qəbul edib. Newscenter.az xəbər verir ki, nazirə edilən müraciətlər sırasında “Gənclər evi”nin tikintisi, idman qurğularının avandanlıqla təmin olunması, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, işlə təminat olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə qeydə alınıb və aidiyyatı üzrə göndəriləcək. Digər müraciətlər isə baxılması üçün icraya yönəldilib.
Xəbəri paylaş