Impera

XƏBƏR LENTİ
14:15Təhsil naziri Kürdəmir şəhərində vətəndaşları qəbul edir14:06Azərbaycan Universitetlərinin Sərgisi – 2020 keçiriləcək13:55Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub13:43Ukrayna Ali Radası qondarma “erməni soyqırımı”na dair qanun layihəsinin müzakirəsindən imtina edib13:39Aqrar Xidmətlər Agentliyinin Mərkəzi laboratoriyası akkreditasiya edilib13:25Ötən həftə ərzində 103 nəfər fermer təlimlərə cəlb olunub13:07Naxçıvanda ağır yol qəzasında 3 nəfər öldü13:02Sabah hava yağmursuz olacaq12:50Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq12:24Ceyhun Bayramovdan məktəb rəhbərliyinə tapşırıq12:17Avtomobil qəzası Mingəçevir sakinlərini qazsız qoydu11:44“Könüllülər ili” çərçivəsində yeni layihə11:16Prezident: “Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”11:05Bakıda mağaza sahibi həbs edildi10:44AQTA növbəti dəfə laboratoriyalarını vətəndaşların üzünə açdı10:38Vilayət Eyvazov Əhəd Abıyevin qardaşını işdən çıxartdı10:29İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin elektron xidməti “myGov” portalına inteqrasiya olunub10:09Azərbayvan millisinə yeni futbolçu çağırıldı09:40Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib09:31Bakıda kişi və qadın qonaq getdikləri evdə öldü09:20Cəbhədə atəşkəsin pozulması halları artır09:00Qarşılıqlı etimad və dostluq nümunəsi23:02Paytaxtda yaşayış binası yanır22:35Bakının bəzi magistral yollarında sürət həddi endirildi21:42Prezident İlham Əliyev Romada naməlum əsgər abidəsini ziyarət etdi21:02İlham Əliyev İtaliya Deputatlar Palatasının sədri ilə görüşüb20:34Prezident İtaliyanın ən iri şirkətlərinin rəhbərləri ilə işçi nahar edib20:26İtaliya Prezidenti: "Azərbaycan beynəlxalq məsələlərdə bütün ölkələrlə dialoqa hazırdır"20:15İlham Əliyev: "İtaliyanın xam neft istehlakının 17 faizi Azərbaycanın payına düşür"20:11"2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub"20:06İlham Əliyev: "Dağlıq Qarabağ Azərbaycandır"20:00Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər19:30İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb19:10Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub19:00Azərbaycan-İtaliya sənədləri mübadilə edilib18:50BNA-dan etiraz18:30Neftçalanın icra başçısı vəzifəsindən azad edildi18:10"Valyuta tənzimi rejimi"nin yumuşaldılmasına ASK-dan münasibət17:31Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurasının sədri ilə görüşüb17:16Bakıda erməni məhsulları yandırıldı17:09Kibertəhlükəsizlik mütəxəssisləri üçün beynəlxalq seminar və təlimlərə qeydiyyat başlayıb17:00Bakıda yerli şirkətlərin məhsullarından ibarət sərgi keçirilir16:49Ölkəyə gətirilən bəzi bioloji fəallığa malik qida əlavələrində mineral maddə və vitaminlərin miqdarının dəfələrlə aşağıdır16:40"Azəriqaz"da struktur islahatları aparılır16:30Məktəblilər arasında bilik yarışı keçirilib16:10Xaçmaz şəhərində tullanti sutəmizləyici qurğunun tikintisi davam etdirilir15:42Türkiyə İdlibdə hərbi əməliyyata başladı15:25Neftçalada vəzifəli şəxslər tutulub15:14Azərbaycan və İtaliya prezidentləri görüşdü15:05Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib14:55Sabirabadın iki yaşayış məntəqəsinə təbii qaz verildi14:41Xocalı ilə bağlı bədii film çəkilib - VİDEO14:24AzMİU-da Karyera sərgisi təşkil olunub14:19ABŞ-da Azərbaycan İnnovasiyalar Evinin açılış mərasimi və ˝Tech Diaspora˝nın birinci forumu keçirilib14:00BNA “BakıKart” ödəmə terminallarının fəaliyyətində fasilə yaranmasının səbəbini aaçıqladı13:47Dövlət Komitəsi sədrinin birinci müavini Şirvanda vətəndaşları qəbul edib13:40Azərbaycanda icra başçısı rüşvət alarkən tutuldu13:37Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş tədbirlər keçiriləcək13:30Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub13:25Xaricilər Azərbaycanı öyrənir: yeni innovativ platforma hazırlanıb13:05Sabah hava necə olacaq?12:37Xüsusi təyinatlılar İcra Hakimiyyətinə basqın etdi12:30Baş prokurordan yeni təyinatlar - SİYAHI12:14Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsinə dair layihənin təqdimatı keçirilib12:12Bakıda maliyyə və texnologiyalar sərgisi keçiriləcək11:55Azərbaycanda seçkilər mobil telefonlarla keçirilə bilər11:48“Kaspersky”: Azərbaycanda valideynlərin 50% -dən çoxu uşaqlarla internet təhlükəsizliyi qaydalarını müzakirə edib11:27İnam Kərimov: “Aqrar sahənin rəqəmsallaşdırılması əsas prinsiplərimizdən biridir”11:12Olimpiadanın yarımfinal mərhələsi bu mərkəzlərdə keçiriləcək11:03Biləsuvarda məktəbli bir qrup şagird tərəfindən döyüldü10:53Azərbaycan Ordusunun itkin düşən hərbçisinin meyiti neytral ərazidən götürülüb10:44Jurnalist polisin xidməti fəaliyyətinə maneçilik yaradıb10:40"Qəbələ" - "Neftçi" matçını FIFA referisi idarə edəcək10:31Axtarışda olan 53 nəfər saxlanılıb10:16Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək10:00Agentlik rəhbərliyi vətəndaşları qəbul edəcək09:40Mövqelərimiz iriçaplı pulemyotlardan atəşə tutulub09:20Bakının mərkəzində avtobus piyadanı vuraraq öldürdü09:00Diaspor işində yeni yanaşma – Dubaydakı görüşün təəssüratları...08:30Beynəlxalq humanitar hüquq sahəsində seminar keçirilib22:09Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Gömrük Akademiyasında olub21:42İranda 2 nəfər koronavirusdan öldü20:47Azərbaycana avtomobil idxalı 2 dəfədən çox artdı20:16“Aqrar İnkişaf Könüllüləri” tərəfindən “Laza Qış Düşərgəsi” təşkil olunub19:43Gürcüstan Ermənistanla hərbi əməkdaşlığı müzakirə etdi19:216 il əvvəl yoxa çıxan Malayziya təyyarəsi ilə bağlı yeni ehtimal19:11Nöqtəli müəmmaların arxasında gizlənən Cavanşir Həsənli19:00Azərbaycan və Türkiyə arasında futbol qarşılaşması hansı stadionda olacaq?18:50Ombudsman Nərmin Quliyevanı qətlə yetirən şəxsə baş çəkib18:30Bakının 19 küçəsində xüsusi zolaqlar yaradıla bilər18:10Bakının Xətai rayonunda su kəsiləcək18:00Xəzərdə zəlzələ olub17:50İlham Əliyev Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib17:45Azərbaycan Prezidenti İtaliyada səfərdədir17:28Naxçıvanda “ASAN xidmət” mərkəzi yaradıldı17:14Fəhlə hündürlükdən yıxılaraq öldü16:46BMU tələbələri “Əsgərə salam” aksiyasına qoşulublar16:22Şəkidə “Tütün istehsalının mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib16:03Növbəti səyyar qəbul keçiriləcək15:47“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edəcək
BÜTÜN XƏBƏRLƏR
Şubat 2020 (315)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)
Ekim 2019 (779)
Eylül 2019 (708)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib

14 Fevral 2020, 14:12   


Newscenter.az.14.02.2020. Kürdəmir rayonunda “Barama-2020: qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, müxtəlif rayonların icra hakimiyyəti strukturlarının məsul şəxsləri, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərliyi, nazirliyin tabeli qurumlarının və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin direktorları, Elmi-Tədqiqat İnstitutlarının nümayəndələri, Azərbaycanın 40 rayonunda barama istehsalı ilə məşğul olan 200-ə yaxın kümçü iştirak edib.

Newscenter.az xəbər verir ki, müşavirədən əvvəl Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov və tədbir iştirakçıları ölkəmizdə ilk dəfə olaraq Azərbaycan, Türkiyə, Özbəkistan və Çin modelləri əsasında nümunə üçün hazırlanmış mobil tipli kümxanalara baxış keçiriblər. Nazir İnam Kərimov bildirib ki, ipəkçiliklə məşğul olan hər bir rayon öz ehtiyatları hesabına təqdim olunan modellər əsasında kümxanalar qura bilərlər. O, mobil tipli kümxanalarla bağlı kümçülərin fikirlərini öyrənib, fermerlərlə baramaçılığın və ipəkçiliyin inkişafı istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıb.

Müşavirəni giriş sözü ilə açan Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər barədə məlumat verib. İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı sayəsində ölkəmizin bütün bölgələri kimi Kürdəmir rayonunda da abadlıq-quruculuq işləri həyata keçirilib: “Ölkə başçısının 27 noyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda baramaçılığın inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılıb və həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər əldə edilib. Ötən il kümçülərimiz 22,6 ton barama tədarük edib ki, bu da 2016-cı il ilə müqayisədə 6,3 dəfə çoxdur. Barama istehsalından kümçülərimiz 204 min manata yaxın gəlir əldə ediblər”.

Kənd Təsərrüfatı naziri İnam Kərimov müşavirədə çıxış edərək qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Nazir bildirib ki, ardıcıl həyata keçirilən tədbirlər nəticəsində aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub və bu sahədə inkişaf tempi davam edir: “Həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Ötən il digər sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də yüksək nəticələr əldə olunub. Həyata keçirilən dövlət dəstəyi nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə edilir. Təsadüfi deyil ki, təkcə ötən il kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 7,2 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 11,7 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,5 faiz artıb. Bu onu göstərir ki, qoyulan investisiyalar, aparılan islahatlar, fermerlərə verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşma öz nəticəsini verməklə yanaşı, məhsul istehsalçılarının aqrar sektora marağını daha da artmasına şərait yaradıb”.

Azərbaycanda baramaçılığın və ipəkçiliyin zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən Kənd Təsərrüfatı naziri bu sahənin inkişaf etdirilməsi ilə bağlı nazirliyin qarşısına mühüm tapşırıqlar qoyulduğunu deyib: “İpəkçilik Azərbaycan iqtisadiyyatının ənənəvi sahələrindən biridir. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tutub. Bizim əsas məqsədimiz bu ənənəni bərpa etmək və bu sahədə məhsuldarlığı daha da artırmaqdır. Azərbaycanda barama istehsalı ilə məşğul olan şəxslərə emal müəssisələrinə təhvil verdikləri baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilir. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə dövlət vəsaiti hesabına 2016-2019-cu illər ərzində Çin Xalq Respublikasından 4,5 milyon ədəd calaq edilmiş tut tingləri tədarük edilib və bölgü əsasında əvəzi ödənilmədən baramaçılıqla məşğul olan rayonlara paylanılıb. 2019-cu ilin investisiya proqramına uyğun olaraq, Zərdab Füzuli, Bərdə, Ağsu, Zaqatala rayonlarında gücü 200 ton olan yaş barama qurutmaxanalarının və 120 kvadratmetr sahəsi olan inkubasiya otaqlarının tikintisi başa çatmaq üzrədir. Bir sözlə, ölkəmizdə barama istehsalı ilə məşğul olan kümçülərə çoxşaxəli dövlət dəstəyi tədbirləri həyata keçirilir. Çox sevindirici haldır ki, aqrar sahənin bütün sahələrində olduğu kimi baramaçılıqda da inkişaf müşahidə edilir. Ötən il 643 ton barama tədarük olunub ki, bu da 25% artım deməkdir”.

Nazir çıxışında Azərbaycanda baramaçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub. İnam Kərimov bu il barama mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, baramaçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.

Daha sonra müşavirədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Baş direktoru Kamran Nəbizadə “Barama istehsalı və emalı sahəsində hədəflər”, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümşüdov “Respublikada barama istehsalı ilə bağlı 2019-ci ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr”, Qax Damazlıq İpəkçilik Stansiyasının direktoru Əkrəm Fətəliyev “Hibrid ipəkqurdu toxumçuluğu və inkubasiyanın təşkili” mövzusunda çıxış ediblər. Fizuli rayonundan olan kümçü Ağgül Bağırova isə baramaçılığın inkişafı ilə bağlı fikirlərini bölüşüb.

Müşavirədə tut tingləri ilə təminat, hibrid ipəkqurdu toxumçuluğunun inkişaf istiqamətləri, inkubasiyanın təşkili ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi, qaldırılan məsələlərin həlli istiqamətində görülən işlər barədə fermerlərin məlumatlandırılacağı bildirilib.
OXŞAR MÖVZULAR