Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərişıq”da ötən ilik yekunları müzakirə edilib



Newscenter.az.17.02.2020. “Azərişıq” ASC-nin Sədri Vüqar Əhmədovun sədrliyi ilə 2019-cu ilin yekunlarına dair Departament direktorları, İdarə və şöbə rəisləri, habelə Regional Enerji Təchizatı və Satışı İdarələri rəislərinin iştirakı ilə toplantı keçirilib.

Newscenter.az-a Səhmdar Cəmiyyətdən bildirilib ki, toplantıda 2019-cu ilin iqtisadi yekunları ilə bərabər 2020-ci ildə görüləcək işlər və qarşıda duran vəzifələr də müzakirə olunub.Toplantıda çıxış edən “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov öncə son 5 il ərzində görülən quruculuq işlərindən danışıb. Sədr çıxışında xüsusi vurğulayıb ki, təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan elektroenergetikası bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa rəhbərliyi ilə daha da sürətlə inkişaf etməkdədir.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov çıxışında bildirib ki, bizim ən ümdə vəzifəmiz Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində istehlakçıların keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək, ölkə başçısının etimadını yüksək səviyyədə doğrultmaqdır. Ötən 5 il deməyə əsas verir ki, biz bu yolda inamla irəli gedirik.

Daha sonra Cəmiyyətin sədri qarşıda duran vəzifələrdən də söz açıdı. Toplantı iştirakçılarına ayrı-ayrılıqda öz tövsiyyə və tapşırıqlarını verib.

Xəbəri paylaş