Impera

XƏBƏR LENTİ
22:27Yevlaxda yaşı 65-dən yuxarı olan tənha insanlara və aztəminatlı ailələrə ərzaq sovqatı paylanılıb21:30AŞPA həmməruzəçiləri Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını alqışlayıblar21:00Türkiyədə koronavirusa yoluxan azərbaycanlıların sayı açıqlandı20:41Türkiyədə koronavirusdan ölənlərin sayı 900-ü ötdü20:28Cəbhəboyu ərazilərdə yaşayan soydaşlarımıza yardımlar edilib20:17"Aşıq Şəmşir" Mədəniyyət Ocağı "Evdə qal, cəmiyyəti qoru" kampaniyası çərçivəsində növbəti aksiya keçirib-FOTOLAR20:10"Sağ əlin verdiyini sol əl bilməməlidir" məsəli hazırki anda qətiyyən yerinə düşmür19:55Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçiriləcək19:41Dünyada koronavirus qurbanlarının sayı 90 mini ötdü19:26Ötən illər ərzində ölkəmizin regionlarında da böyük quruculuq işləri həyata keçirilib18:35Postpandemiya dövründə yaşadığımız dünya əvvəlki kimi olmayacaq18:00Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edir17:30Bakı Nəqliyyat Agentliyi daşıyıcıların sayını 37-yə endirib17:16Azərbaycan koronavirusla bağlı ABŞ-a sorğu verdi16:58Bakıda xüsusi karantin rejim qaydalarını pozan şəxs məsuliyyətə cəlb olundu16:43İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ayrıldı16:37Azərbaycanda koronavirusa yoluxanların sayı 926-ya, ölənlərin sayı 9-a çatdı16:30BMT baş katibi: “Bu virusu və onun dağıdıcı fəsadlarını dayandırmaq üçün birlik zamanıdır”16:23Azərbaycanda daha 104 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər ölüb16:16ATƏT PA: Dağlıq Qarabağdakı “seçkilər” qanunsuzdur16:08Millimizin daha bir voleybolçusu karantindən evə buraxılıb15:52İsmayıllıda yeni xeyriyyə aksiyası başladıldı15:36Dənizdə çalışan neftçilərin növbə dəyişməsinə başlanılıb15:17Mixail Priboçiy “Kaspersky” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə direktoru təyin olunub14:55Koronavirusa görə “AzerGold”un ixracı dayandırılıb14:34Avropa İttifaqının bu yanaşması hazırkı böhran vəzyyətində anlaşılan deyil14:20Sərnişin daşınması üzrə sıxlıq azalıb14:05Karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən “play station” salonu aşkar edilib13:53Sabah hava necə olacaq?13:44Yer kürəsinə yaxınlaşan komet parçalanmağa başladı13:29Məhdudiyyətlər deputatların avtomobillərinə şamil edilməyəcək13:16Aralıq dənizində yanan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib13:06Xeyirxahlıq missiyası12:54Xanlar Vəliyev yenidən Hərbi prokuror vəzifəsinə təyin edilib12:47Motoatıcı bölmələrdə atəş hazırlığı üzrə məşğələlər keçirilir - VİDEO12:395G ölüm texnologiyasıdırmı?12:18Paytaxtda silahlı şəxs saxlanılıb12:05Azərbaycanda sanitar-epidemioloji vəziyyət nəzarət altındadır11:51Əli Əsədov: "Koronavirus sınağından üzüağ çıxacağıq"11:45Bakıda gizli şəkildə fəliyyət göstərən kafe aşkarlandı11:37“Gəlin bir bayraq altında birləşək” aksiyasına ADY də qoşulub-VIDEO11:14Spiker: "Azərbaycan koronavirusla mübarizənin ön sıralarında dayanır"10:55Samux rayonunda 39.5 km-lik yerli əhəmiyyətli yol yenidən qurulur10:32Gürcüstanda koronavirusa yoluxanların sayı 214-ə çatdı10:09“Azərpoçt” MMC vətəndaşlara səyyar xidmət göstərir09:47Karantini pozduğuna görə 1 445 sürücü inzibati məsuliyyətə cəlb edilib09:35Düşmən müxtəlif istiqamətlərdən mövqelərimizi atəşə tutub09:00Dünyada koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötdü08:44"Vişeqrad qrupu" Azərbaycana maliyyə yardımı ayıracaq08:40Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI08:30“Eurovision Planet Magazine”: Azərbaycan yarışmanın qalibi olacaq - VİDEO23:41Prezident oğlu koronavirusa yoluxdu23:11TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı22:48Dünyada koronavirus qurbanlarının sayı 79 min nəfəri ötdü22:20Türkiyədə koronavirusdan ölənlərin sayı 800-ü ötdü21:55İqtisadiyyat Nazirliyi: “Ərzaq çatışmazlığından söhbət gedə bilməz”21:33Ağdamda ehtiyacı olan ailələrə ərzaq yardımı təqdim edilib.-FOTOLAR20:23AVP sədrinin müavini bir neçə aztəminatlı ailəyə ərzaq tardımı etdi-FOTOLAR-VİDEO20:00Dövlət Agentliyindən icaze.e-gov.az portalı ilə bağlı xəbərdarlıq19:48Qarabağımızın acı taleyində vaxtilə "iblis" rolunu oynayan Levon Ter-Petrosyan19:31Azərbaycanda dini cəhətdən vəziyyət ürək açan deyil19:20Vaxtı bitmiş şəxsiyyət vəsiqələrinin istifadə müddəti uzadıldı19:08Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin durumu ağırdır18:55Modul tipli xəstəxanaların qurulmasına başlanılıb18:45Ölkəmizdə karantin rejiminə baxmayaraq ictimai nəqliyyatda vətəndaşlar əvvəlki qaydada daşınır18:40Azərbaycanda koronavirusa yoluxma riski böyük olan ərazilər bunlardır18:36Azərbaycanda 3 aylıq ərzaq ehtiyatı var18:30BMU-da dərslərin 86 %-i onlayn formada təşkil edilib18:17Dövlət Miqrasiya Xidmətinin 919 Çağrı Mərkəzinə 22320 zəng daxil olub18:10Ramin Bayramlı: "Ölkədə qan ehtiyatı var, amma donor sayında azalma müşahidə olunur"18:05Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 751 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunur17:55Keçən ay Azərbaycanda gündəlik 763,9 min barrel neft hasil edib17:44Azərbaycanda 5 milyon maska ehtiyatı yaradılıb17:40Süni tənəffüsə bağlanan xəstələrin sayı çoxalsa, vəziyyət pisləşəcək17:36Son sutka ərzində karantin qaydalarını pozan şəxslər barədə 3 073 inzibati tədbir görülüb17:33Azərbaycanda 53 mindən çox koronavirus testi aparılıb17:20Azərbaycanda 822 nəfər koronavirusa yoluxub17:06Azərbaycanda daha 105 nəfərdə koronavirus aşkarlanıb16:57Millət vəkili Könül Nurullayeva qanvermə aksiyasına başlayır16:34Aqrar Kredit və İnkişaf Agentliyinə yeni səlahiyyət verilib16:24İş adamı karantini pozdu, maşınla yol qurğularını qırıb keçdi16:18Tank heyətlərinin döyüş hazırlığı yoxlanılır - VİDEO15:50Dövlət Agentliyinin səlahiyyətləri artırıldı15:44Şamaxıda karantini pozan şəxslər cərimələndi15:38Aztəminatlı ailələrə ərzaq yardımı göstərilib15:29Azərbaycana iyuladək yarış keçirməmək tövsiyə olundu15:15“Evdə qalaq, bilgi alaq” adlı onlayn psixoloji dəstək layihəsinə start verilir15:03Azərbaycan - Ermənistan qarşılaşması ləğv olundu15:00Samuxda 15 subartezian quyusu qazılacaq14:45Pandemiya Azərbaycanın dəmir yolu ilə yük daşımalarına təsir etməyib14:24Karantin rejimində icazə üçün saxta arayış satan jurnalistlər saxlanıldı13:47Sona Əliyeva: "“Dövlətimiz bizim qeydimizə bizdən daha yaxşı qalır”13:29Onlayn yolla narkotik satan şəxs saxlanıldı- VİDEO13:18Türk Ticarət və Sənaye Palatasının (TCCI) təşəbbüsü ilə COVID-19 pandemiyası ilə mübarizə mövzusunda video-konfrans keçirilib13:14Azərbaycan Ordusunda snayperlərin hazırlığı yoxlanılır13:00Sabah hava yağışlı olacaq12:40Qarabağda koronavirus aşkarlanan kənd karantinə alındı12:32Azərbaycanda humanizm prinsipləri dövlət siyasətinin təməlində dayanır12:12Pandemiya dövründə işsiz şəxslərə dəstək olmaq məqsədi ilə şimal zonasında 700 nəfərə yaxın yerli əhali işlə təmin olunacaq11:59Cari ilin birinci rübündə elektrik enerjisinin istehsalı 175,1 mln. kVt·st artıb
BÜTÜN XƏBƏRLƏR
Nisan 2020 (491)
Mart 2020 (1234)
Şubat 2020 (624)
Ocak 2020 (9)
Aralık 2019 (384)
Kasım 2019 (731)

«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 

Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin rəhbərini qəbul edib

18 Fevral 2020, 16:35   


Newscenter.az.18.02.2020. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edib.

Son illər şəhər nəqliyyatı ilə bağlı görülmüş işlərdən danışan Prezident İlham Əliyev deyib:

- Bakı Nəqliyyat Agentliyi keçən ili yaxşı nəticələrlə başa vurub, görülən işlərin bir hissəsi ilə mən şəxsən tanış olmuşam. Hesab edirəm ki, Agentlik üçün keçən il uğurlu olubdur. Ancaq biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik, hələ görüləsi işlər çoxdur.

Son beş il ərzində şəhərimizə yüzlərlə yeni avtobus gətirilib. Bu avtobusların hamısı dünyanın aparıcı şirkətlərinin istehsalıdır. Bu, bizim şüurlu seçimimizdir. Çünki Bakıda ən müasir texnologiyalar tətbiq edilməlidir, o cümlədən nəqliyyat vasitələrinin dünyanın ən yüksək standartlarına cavab verməsi əsas şərtlərdən biridir. Onu da bildirməliyəm ki, beş il bundan əvvəl Bakıya gətirilmiş ilk xarici istehsal olan avtobuslar, hətta o avtobusların istehsal olunduğu ölkələrdə hələ xətlərə çıxmamışdı. Yəni, ən müasir avtobuslar gətirilir. Əlbəttə ki, bu, şəhər nəqliyyatının böyük dərəcədə yaxşılaşdırılması istiqamətində çox önəmli addımdır. Mənim göstərişimlə hər il dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır və hər il orta hesabla 300 avtobus Bakı Nəqliyyat Agentliyinin xətti ilə şəhərimizə gətirilir. Beləliklə, biz avtobus parkını tədricən müasirləşdiririk. Eyni zamanda, mənim özəl şirkətlərə də tövsiyəm ondan ibarət idi ki, onlar da öz avtobus parklarına yenidən baxsınlar. Görürəm ki, bəzi şirkətlər bu istiqamətdə önəmli addımlar atırlar.

Avtobusların ölkəmizə gətirilməsi, əlbəttə ki, işlərin bir hissəsidir. Bütün yol-nəqliyyat infrastrukturu müasir tələblərə cavab verməlidir və bu istiqamətdə kompleks tədbirlər görülür. Yol infrastrukturuna görə Azərbaycan dünya miqyasında 27-ci yerdədir. Bu da Davos Forumunun hesabatında əksini tapıbdır.

Şəhər nəqliyyatı ilə bağlı digər tədbirlər də görülür və görüləcəkdir. Eşitmək istərdim ki, keçən il görülmüş əsas işlər nədən ibarət idi? Bu il neçə yeni avtobus gətiriləcək və şəhər nəqliyyatında hansı yeniliklər olacaq?

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib:

- Çox sağ olun, cənab Prezident. Keçən il Bakı şəhərində fəaliyyət göstərən 2200 avtobusla 801 milyon sərnişin daşınıb. Ümumi daşıyıcıların sayı 65-dən 37-yə endirilib. Yəni, iki avtobusu olan şəxslər var idi ki, onlar da fəaliyyət göstərmək istəyirdilər. Aydın məsələdir ki, onlar insanların rahatlığı üçün deyil, öz maraqları naminə fəaliyyət göstərirdilər. Biz onların sayını müəyyən tələblər əsasında 65-dən 37-yə endirdik. Ümumilikdə, beş il ərzində 855 avtobus yenilənib. Bunlardan 600-ü Sizin tapşırığınızla xarici ölkələrdən gətirilib. Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Sizin tapşırığınıza əsasən hər il 300 avtobus gətirilməklə yaxın üç ildə parkın yenilənməsini 100 faizə çatdırmağı planlaşdırırıq.

Eyni zamanda məlumat üçün bildirim ki, bizim gətirdiyimiz yeni avtobuslar ətraf mühitə daha az zərər verən sıxılmış təbii qazla (STQ) işləyir. Dünyanın bir sıra böyük şəhərlərində STQ ilə az sayda avtobus işləyir. Məsələn, Vyanada STQ ilə işləyən avtobuslar, ümumiyyətlə, yoxdur. Berlində bu istiqamətdə pilot layihənin tətbiqinə başlanılıb. Moskvada 6475 avtobusdan 319-u, İstanbulda isə 3070 avtobusdan 239-u STQ ilə işləyir. Amma bizdə 2200 avtobusdan 600-ü artıq STQ ilə fəaliyyət göstərir. Daşıyıcılara da göstəriş verilib ki, STQ ilə işləyən avtobuslar gətirsinlər. Çünki benzinlə və dizel yanacağı ilə işləyən avtobuslar şəhərdə orta sürətlə hərəkət etdiyi üçün ətraf mühitə daha çox ziyan vurur.

Bu il üçün daha bir yenilik müxtəlif yerlərdə avtobuslar üçün habların yaradılması olacaq. Siz keçən ilin sentyabr ayında “Koroğlu” habının açılışında bu barədə tapşırıq vermisiniz.

Avtobus sürücüləri ilə bağlı əsas problemlərdən biri onların peşə hazırlığına və iş rejiminə daşıyıcılar tərəfindən ciddi nəzarət olunmamasıdır. Biz bu problemin üzərində işləyirik. Bu məqsədlə Sürücü Təlim Mərkəzi yaradılıb və Siz onun açılışında iştirak etmisiniz. İndiyədək 2800-dən çox avtobus sürücüsü Mərkəzdə təlim keçib.

Yol infrastrukturu üzrə də bir sıra işlər görülüb. Avtobusların, təcili tibbi yardım və yanğınsöndürən maşınların tıxaclarda qalmaması, eyni zamanda, fasiləsiz hərəkətini təmin etmək üçün yollarda xüsusi zolaqlar ayrılıb. Bundan əlavə, 2018-ci ildə taksi xidmətinə dair yeni tələblər müəyyənləşdirilib. Bu tələblərdə şəhərdə və hava limanında hansı növ taksilərin fəaliyyət göstərməsi, tariflər əksini tapıb. Cənab Prezident, biz bu ilin birinci yarısında bütün marşrut xətlərində işləyən avtobuslarda ödənişin kart sistemi ilə aparılmasını təmin edəcəyik. Bu isə Sizin tapşırdığınız kimi, kölgə iqtisadiyyatının, eyni zamanda, qeyri-formal iş rejiminin aradan qaldırılmasına, sürücülərin 8 saatdan artıq işləməsinin qarşısının alınmasına, ictimai nəqliyyatdakı dövriyyənin şəffaflaşmasına imkan yaradacaqdır.

Ümumilikdə bizim əsas məqsədimiz sərnişinlərin daha az vaxt sərf edərək mənzil başına rahat, təhlükəsiz çatmasıdır. Bunun üçün nəinki Bakı Nəqliyyat Agentliyi, eyni zamanda, ictimaiyyət də fəal olmalıdır. Çünki şəxsi nəqliyyat vasitəsilə bir nəfər, avtobusda isə 70-80 nəfərə qədər sərnişin olur. O bir nəfər avtomobilini yolda qeyri-qanuni park etdiyinə görə, avtobusun hərəkəti üçün çətinliklər yaradır. Son zamanlar parkinqlə bağlı cərimələrə görə insanların müəyyən narazılıqları olur. Amma Bakı paytaxt şəhərimizdir, bütün ölkələrin paytaxt şəhərlərində olduğu kimi, bizdə də insanlar avtomobillərini istədikləri yerlərdə park edə bilməzlər. Çünki əsas ictimai nəqliyyatdır, biz gün ərzində 2 milyon 200 sərnişin daşıyırıq. Sakinlər, əsasən, ictimai nəqliyyatdan istifadə edirlər. Ona görə, Sizin tapşırığınıza əsasən, biz ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahatlığını təmin etməyə çalışırıq.

Prezident İlham Əliyev: Əlbəttə, şəhər nəqliyyatının təkmilləşdirilməsi hər bir böyük şəhər üçün önəmli məsələdir. Şadam ki, son illər ərzində Bakı şəhərində görülmüş işlər kompleks xarakterlidir və bu işlər nəqliyyatla bağlı bütün sahələri əhatə edir. Çox yaxşı haldır ki, hazırda bütün nəqliyyat növləri arasında koordinasiya işləri də aparılır. Hesab edirəm ki, taksi, metro və avtobus xidmətləri növbəti mərhələdə bir-biri ilə daha da sıx əlaqədə olmalıdır. Əsas məsələ tıxacların azaldılmasıdır. Əlbəttə ki, bunun üçün təkcə yeni yolların çəkilişi, yeni qovşaqların tikintisi ilə işimizi məhdudlaşdıra bilmərik. Amma o da həqiqətdir ki, əgər son 10-12 il ərzində Bakıda böyük yol infrastrukturu layihələri icra edilməsəydi, bu gün şəhər nəqliyyatı tıxacdan tərpənə bilməzdi. Bu, həqiqətdir. Sadəcə, 10 il bundan əvvəl mövcud olan mənzərəyə qayıtmaq lazımdır ki, bunu hər kəs görsün və bilsin. Bizim əsas nəqliyyat damarlarımız demək olar ki, tamamilə iflic vəziyyətdə idi. Şəhəri hava limanı ilə birləşdirən əsas yol, baxmayaraq ki, dördzolaqlı sayılırdı, əslində, ikizolaqlı idi və bu yol boyunca bir neçə dairə mövcud idi. Ancaq bu gün bir dənə də dairə yoxdur, yəni hava limanından şəhərə çox rahat gəlmək üçün bütün imkanlar var. Təkcə bu deyil, hava limanına digər avtomobil yolunun çəkilişi də böyük əhəmiyyət daşıyır. Zığ istiqamətindən hava limanına, ümumiyyətlə, yol yox idi. O vaxt biz təşəbbüs göstərərək onu icra etdik və bu, bir çox məsələləri həll etdi. Eyni zamanda, deyə bilərəm ki, son illərdə Bakı şəhərində görülmüş işlərin, tikilmiş körpülərin, yol qovşaqlarının bəlkə də misli-bərabəri yoxdur.

Ancaq bununla yanaşı, nəqliyyat vasitələrinin sayı artır. Bu da əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasından xəbər verir. Statistika var, hər il ölkəmizə gətirilən və artıq hazırda ölkəmizdə istehsal olunan nəqliyyat vasitələrinin sayı artmaqdadır. Əhalimiz artır, Bakı şəhərinin əhalisi artır. Ona görə, şəhər nəqliyyatımız bu artıma uyğun şəkildə inkişaf etməlidir və bu artımla uzlaşmalıdır. Odur ki, bundan sonra metro tikintisi, yeni qovşaqların inşası, Bakı dairəvi dəmir yolunun çəkilişinin başa çatdırılması, avtobus nəqliyyatının səmərəli fəaliyyəti - bütün bu nəqliyyat seqmentləri vahid bir mexanizm kimi işləməlidir. Əsas məsələ insanların yola sərf edəcəyi vaxtın azaldılmasıdır.

Bununla bərabər, bəlkə də bundan daha vacib məsələ təhlükəsizlikdir, sürücülərin hazırlanmasıdır, onların tibbi müayinəsi və iş qrafikidir. Mən bu yaxınlarda bildirdim ki, heç kim gündə 8 saatdan artıq işləməməlidir. Əgər kimsə işçiləri qanunsuz işlədirsə, istismar edirsə, cəzasını alacaq. Əlbəttə, əminəm ki, Bakı Nəqliyyat Agentliyində çalışan sürücülər bu meyarlara riayət edirlər. İnsanların rahatlığı da vacib məsələdir. İnsanlar müasir avtobuslarda özlərini çox rahat hiss edirlər. Prinsip etibarilə elə bir avtobus xidməti olmalıdır ki, hətta şəxsi nəqliyyat vasitəsi olan insanlar da şəhər nəqliyyatı ilə hərəkət etməyə üstünlük versinlər. Hesab edirəm ki, biz bu hədəfə yaxınlaşırıq. Əlbəttə, növbəti illərdə avtobus parkının təzələnməsi istiqamətində əlavə tədbirlər görüləcək və eyni zamanda, şadam ki, hazırda ölkəmizə gətirilən yeni avtobuslar ekoloji cəhətdən çox təmizdir. Çünki sirr deyil ki, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Sənaye müəssisələri, ticarət obyektləri deyil, - bunun statistikası var, - nəqliyyat vasitələridir. Ona görə həm iki ildən sonra Azərbaycanda istehsal olunacaq “Avro-5” markalı benzinin bazara daxil olması bu sahədə çox böyük irəliləyişə səbəb olacaq, eyni zamanda, sıxılmış qazla və elektrik enerjisi ilə işləyən avtobusların ölkəmizə gətirilməsi, bunun üçün müvafiq infrastrukturun yaradılması zəruridir. Ona görə bu istiqamətdə əlavə addımlar atılmalıdır.

Bir də maraqlanmaq istəyirəm, - indi şəhərin mərkəzi hissələrində avtobus xidməti kifayət qədər səmərəlidir, - qəsəbələrdə vəziyyət necədir? Qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı? Varsa, onların həlli üçün nə etmək lazımdır?

Vüsal Kərimli: Cənab Prezident, son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Sizin tapşırığınıza əsasən bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq.

Biz qəsəbələrdə əsasən kiçik hablar yaratmaq istəyirik. Bu kiçik habları Siz qeyd etdiyiniz kimi, dairəvi dəmir yolunun ətrafında yaratmaq istəyirik ki, bir-biri ilə əlaqəli olsun. Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək.

Prezident İlham Əliyev: Elədir. Bir də ki, siz parkinq ilə bağlı danışdınız. Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar. Ancaq kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək. Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız. Ona görə, parkinqlə bağlı soruşmaq istəyirəm. Vəziyyət necədir və bu il hansı addımlar gözlənilir?

Vüsal Kərimli: Bu il biz parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb etmişik ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun. Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır. Bununla əlaqədar biz ilin ilk yarısının yekununda görülmüş işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb Sizə təqdim edəcəyik.

Prezident İlham Əliyev: Yaxşı, bu il görüləsi işlər çoxdur. Əminəm ki, ilin sonunda biz şəhər nəqliyyatını daha da inkişaf etmiş halda görəcəyik. Çünki bir daha demək istəyirəm, bu, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı üçündür. Onu da bildirməliyəm ki, dövlət xətti ilə böyük məbləğə alınan avtobuslar, əlbəttə, kommersiya baxımından bəlkə də 10 il, 20 ildən sonra özünü doğruldacaq. Biz bunu ona görə edirik ki, insanlar şəhər nəqliyyatından, avtobuslardan təhlükəsizlik şəraitində və rahat şəkildə istifadə etsinlər.
OXŞAR MÖVZULAR