Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.19.02.2020. Fevralın 21-də “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Göyçay rayonunda vətəndaş qəbulu keçirəcək.

Newscenter.az-a İstehsalat Birliyindən daxil olan məlumata görə, baş direktorun müavinləri Ramil İskəndərov və Cahid Hüseynov isə Kürdəmir və Ucar rayonlarında vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbulların hər 3 rayon mərkəzində saat 12:00-da təşkili planlaşdırılıb. Qəbulda iştirak etmək istəyən vətəndaşların nəzərinə: Birliyin baş direktoru Ruslan Əliyev Göyçay rayonunda Heydər Əliyev Mərkəzində, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İskəndərov Kürdəmir rayonunda Heydər Əliyev Mərkəzində, baş direktorun satış və istismar üzrə müavini Cahid Hüseynov isə Ucar rayonunda Gənclər Mərkəzində qəbul keçirəcək.
Xəbəri paylaş